Icma.az
close
up
RU
Deputat pensiya yaşının artırılmasından danışdı

Deputat pensiya yaşının artırılmasından danışdı

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

“Azərbaycanda pensiya yaşının artırılmasına da, azaldılmasına da zərurət yoxdur. Biz, təxminən, 7-8 il bundan öncə pensiya yaşını artırmışıq və yəqin ki, yaxın 10 ildə bu mövzuya qayıtmağa ehtiyac duyulmur”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Pravda.az-açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Sədr bildirib ki, ölkədə əhalinin yaşlanması prosesi gedir və doğulan insanların sayı ilə ölən insanların sayı arasındakı nisbət yavaş-yavaş azalır: “15 il bundan öncə Azərbaycanda doğum və ölüm arasındakı nisbət 100 min nəfər illik artım dinamikası verirdisə, indi bu rəqəm, təxminən, 60 minə düşüb. Bu bizi narahat edir, çünki 10-15 il sonra Azərbaycanda pensiyaçıların sayı artacaq və əmək qabiliyyətli insanların sayının artmasına da ehtiyac duyulacaq. Amma Pensiya Fondunun dayanıqlığının artırılması üçün çox böyük potensialımız var. Məncə, bundan istifadə etməliyik. Bu gün bizim, təxminən, 5 milyon 75 min məşğul əhalimiz var. Onlardan cəmi 1 milyon 770 mini muzdlu işləyənlər, yəni əmək müqaviləsi ilə işləyib, sosial sığorta ödəyənlərdir. Bu da məşğul əhalinin, təqribən, 35%-ni təşkil edir. Biz bu rəqəmin qaldırılması üçün düşünməliyik. Son illər bu istiqamətdə iş aparılır, müəyyən müsbət dinamika da qeyd olunur. Lakin təkrar edirəm, 35% aşağı rəqəmdir. Biz bunu 50%-ə çatdırsaq, 15 il bundan sonra da Dövlət Sosial Müdafiə Fondunun dayanıqlığı haqqında heç bir narahatçılığımız olmaz”.

M.Quliyev deyib ki, pensiya yaşının artırılması Pensiya Fondunun dayanıqlığı, pensiya təminatının yaxşılaşdırılması üçün alətlərdən biridir: “Biz bu işi 7-8 il bundan öncə görmüşük. Azərbaycanda orta ömür uzunluğu normal həddə – təxminən, 76 yaşın üzərindədir. 2050-ci ilə qədər bu rəqəmin 78 yaşa çatması gözlənilir. Bu, pis göstərici deyil, yaxşıdır. Söhbət orta ömür uzunluğundan daha çox, məncə, yaşlı insanlarla gənc insanların nisbətindən gedir. Ermənistan və Gürcüstanda bu nisbət məhz yaşlı insanların xeyrinədir. Buna görə də ilk baxışda gözə orta ömür uzunluğunun çox olması görünür. Çünki onlarda doğum nisbəti bizdən xeyli aşağıdır. Təəssüf ki, bizdə də son illərdə doğulanların dinamikasında kəskin azalma var. Bunun da qarşısının alınması üçün demoqrafik inkişafla bağlı geniş dövlət proqramı qəbul olunmalıdır”.

Qeyd: Maliyyə Nazirliyi yeni hesabatında pensiya yaşının artırılması ilə bağlı təklif irəli sürüb. Eyni vaxtda beynəlxalq mediada açıqlanan statistikada Azərbaycanın (132) orta ömür göstəricisinə görə Ermənistan (116) və Gürcüstandan (130) geri qaldığı, Şimali Koreyaya yaxınlaşdığı qeyd olunub. Bu məsələ cəmiyyətdə geniş müzakirə yaradıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri