Deputat: Prezidentin qətiyyəti ilə 2025 ci il tarixi dönüş dövrünə çevrildi
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Prezident İlham Əliyev 2025-ci ili Azərbaycan üçün həm iqtisadi, həm sosial, həm də siyasi cəhətdən tarixi dönüş dövrünə çevirib".
Oxu.Az-ın məlumatına görə, bunu parlamentin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, məhz dövlət başçısının qətiyyəti ilə müstəqillik tariximizin heç bir dövründə olmadığı de-fakto sülhə nail olmuşuq:
"Xüsusən avqustda imzalanan Vaşinqton razılaşmaları, habelə sülh sazişi mətninin paraflanması dayanıqlı sülh üçün tarixi addım oldu. Eyni zamanda ötən bir il dövlətin ali məqsədlərinin, habelə milli prioritetlərin realizəsi baxımdan çox zəngin mərhələ sayıla bilər.
Xüsusən, Böyük Qayıdış və işğaldan azad olunmuş ərazilərdə quruculuq uğurla və daha geniş miqyasda davam edib. Nəticə etibarı ilə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmuş 20-yə yaxın yaşayış məntəqəsində məskunlaşanların sayı 60 mini ötüb. Habelə, mühüm sənaye və infrastruktur obyektlərinin inşasının cənab İlham Əliyevin şəxsi diqqətində olması bu bölgəni uzun bir dövrdən sonra milli iqtisadiyyatın mühüm seqmentinə çevirib. O cümlədən "Orta Dəhliz"də çəkisi daha da möhkəmlənən Azərbaycan Şərq-Qərb nəqliyyat qovşağında əsas oyunçuya çevirib. Həyata keçirilən uğurlu siyasi, iqtisadi və sosial tədbirlərin ölkəmizin beynəlxalq reytinqlərini, o cümlədən, suveren kredit reytinqini yüksəldərək "investisiya səviyyəli" dərəcəsinə çatdırılması ölkədə iqtisadi islahatlara olan qlobal etimadın hesab edilə bilər".
B.Məhərrəmov əlavə edib ki, ilin əsas uğurlarından biri də xalq-iqtidar birliyinin daha da möhkəmlənməsi, ölkənin müdafiə-təhlükəsizlik qabiliyyətinin daha da artması, ictimai qayda və təhlükəsizliyin daha etibarlı təmini sayıla bilər:
"İlin ikinci yarısından etibarən, dövlət çevrilişi cəhdinin elə beşikdəcə boğulması, Mehdiyev və özünü ana müxalifət elan edən rəzil qruplaşmanın ifşası dövlətimizin bütün təhdidləri aradan qaldırmaq gücünü göstərdi. Atılan addımlarla, biz Heydər Əliyev yolunda yürüdükcə, ölkədə milli iradədən üstün heç bir təsirin olmayacağı gerçəkliyi bir daha ortaya qoyuldu. Eyni zamanda bu, siyasi sağlamlaşmaya mühüm töhfə oldu.
Təbii ki, bu prosesdə xüsusi xidmət qurumları, məhkəmələr və digər hüquq mühafizə orqanlarının adı ayrıca çəkilməli, o cümlədən Azərbaycan polisinin rolu xüsusi vurğulanmalıdır. Azərbaycan polisi möhtərəm Prezidentin müəyyən etdiyi direktivləri rəhbər tutmaqla üzərinə düşən vəzifələri bu il də şərəflə yerinə yetirib, cənab İlham Əliyevin müzəffər liderliyində ölkəmizin təhlükəsizlik, sabitlik adası mövqeyinin daha da möhkəmlənməsinə müstəsna töhfə verib".
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 30 Dekabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















