Icma.az
close
up
RU
Deputat: Prezidentin çıxışı yol xəritəsidir

Deputat: Prezidentin çıxışı yol xəritəsidir

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir: 

“Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. 

Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Əlbəttə ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, o cümlədən bu məqsədi daşıyırdı. Biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir.

Əminəm ki, bu dəfə idmançılarımız qalib ölkənin nümayəndələri kimi idman arenalarına, döşəklərə, idman meydançalarına tamamilə fərqli bir ovqatla çıxırdılar. Bu gözəl nəticə dövlətimizin gücünü bir daha göstərdi”.

“Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, idmançılarımız həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını hiss edirlər.

Deputat qeyd edib ki, ölkə başçısı bu dəfə də 2024-cü ilin yekunları ilə bağlı idman ictimaiyyəti ilə görüşündə bir çox maraqlı məqamlara toxundu:

“1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilən ölkə Prezidentimiz cənab İlham Əliyev mütəmadi olaraq ilin sonuna yaxın idmançılarla, idman ictimaiyyətinin nümayəndələri ilə görüşür və bu görüşlərdə il ərzində qazanılmış uğurlar, problemlər müzakirə olunur. Həmin tədbirdə idman ictimaiyyətinin nümayəndələri cənab Prezident tərəfindən fəxri adlarla, mənzillərlə və digər mükafatlarla mükafatlandırılırlar. 
Cənab Prezident dünyada nadir ölkə başçılarından biridir ki, həm də eyni vaxtda Milli Olimpiya Komitəsinə rəhbərlik edir. 

Olimpiya hərəkatının ideyası sülhdür, dostluqdur, sağlamlıqdır və humanizm dəyərləridir. Bütün bunları özündə birləşdirən olimpiya hərəkatı ölkəmizdə xüsusi diqqət və qayğı nəticəsində hərtərəfli inkişaf edir. 

Ölkə başçısı gənc nəslin milli-mənəvi dəyərlər kontekstində tərbiyə almasının, onların idmanla məşğul olmasının, sağlam nəslin formalaşmasının önəmindən danışdı”. 

Cənab Prezident əsasən həm ölkəmizdə təşkil olunan, həm beynəlxalq yarışlarda uğur qazanan idmançılarımızı bir örnək olaraq qeyd edərək bildirib ki, onlar bütün sahələrdə nümunədirlər və belə də olmalıdırlar:

“Cənab Prezident gənclərimizin müzəffər gənc və müzəffər idmançı kimi meydanlara çıxdığını və bu qüruru yaşadıqlarını qeyd etdi. Sürətlə dəyişən dünyamızda gənclərimiz yad təsirlərdən uzaq olmalı və ümumiyyətlə, fiziki sağlam olmalıdır. 

Ölkə başçımız il ərzində 1700-dən artıq beynəlxalq yarışlarda medalların qazanılmasını, Olimpiya Oyunlarında 30-cu yer qazanmağımızı çox böyük nailiyyət adlandırdı. 

200 ölkəyə yaxın olimpiyadada təmsil olunan dövlətlər içərisində bu çox böyük uğurdur. Bu, həm də müsəlman ölkələri içərisində 3-cü yerdir. 

Azərbaycan dünyada ərazicə çox böyük olmayan ölkədir. Amma mahiyyətcə böyüklüyü bütün sahələrdə, o cümlədən idman sahəsində hiss olunur. Ölkə başçısı qeyd etdi ki, idmana, sağlam həyat tərzinə, insanların fiziki sağlamlığına dövlətin dəstəyi həmişə olacaq və bu siyasət davam edəcək”. 

Vüqar İskəndərov vurğulayıb ki, ölkə başçımızın nitqində sağlam genefondumuz, sağlam nəsil və milli dəyərlərimizə sadiq bir azərbaycanlı obrazı ilə bağlı fikirlər nəinki Azərbaycan idmançılarına, ümumiyyətlə Azərbaycan gəncinə bir yol xəritəsi kimi dəyərləndirilməlidir: 

“Ölkəmizdəki olimpiya hərəkatı, idman komplekslərinin inşası, işğaldan azad olunmuş bölgələrdə yeni olimpiya komplekslərinin tikintisi barəsində cənab Prezident bir çox faktları söylədi və gələcəkdə inşa olunancaq proyektlərdən söz açdı. 

2025-ci ildə ölkəmizdə Üçüncü MDB Oyunları keçiriləcək. Gəncə şəhərində və digər bölgələrdə bu beynəlxalq idman yarışının keçirilməsi ilə bağlı hazırlıqlara başlanılıb.  

Qeyd olundu ki, 7000-dən yuxarı idmançı ölkəmizə gələcək və biz ümid edirik ki, həmişə olduğu kimi bu dəfə də ölkəmiz bu böyük beynəlxalq yarışa uğurla ev sahibliyi edəcək. 

Düşünürük ki, ölkə başçımızın bu idman siyasəti və idmançılarımıza göstərilən diqqət və qayğı elə onlar tərəfindən həm beynəlxalq yarışlarda, davranışlarında, həyat tərzlərində nümunə kimi qeyd olunacaq. Onlar böyük dünya arenalarında ölkəmizi şərəfli təmsil edəcəklər”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Dekabr 2024 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri