Icma.az
close
up
RU
Deputat: Putin Prezident İlham Əliyevin prinspiallığını, haqlı tələblərini qəbul etməli oldu

Deputat: Putin Prezident İlham Əliyevin prinspiallığını, haqlı tələblərini qəbul etməli oldu

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidentinin Düşənbədə səsləndirdiyi fikirlər bir dövlətin digərinin mövqeyinə verdiyi sadə diplomatik reaksiya deyil, Azərbaycanın prinsipial mövqeyinin və siyasi çəkisinin təsdiqi kimi dəyərləndirilməlidir.

Bunu Ölkə.az-a açıqlamasında  Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.


Deputat bildirib ki, Azərbaycan Prezidenti 200 illik tariximizdə dövlət və millət adına daha bir qürur anına imza atdı: “Məsələ, Rusiya ilə münasibətlərin yoluna qoyulmasında deyil. Arxada qalan aylar onu göstərdi ki, Azərbaycan istənilən dövlətə qarşı öz haqlı mövqeyindən geri çəkilməmək gücündə və qətiyyətindədir. Amma 200 illik tariximizdə Rusiyanın inadından çəkilərək Azərbaycan liderinin və onun simasında xalqımızın iradəsini qəbul etməsi gerçəkdən tariximizin qürur nöqtəsidir”, - o vurğulayıb.
Deputat əlavə edib ki,  artıq münasibətlərin gərginlik mərhələsini arxada qoyduğumuzu deyə bilərik: “Düşünürəm ki, bundan sonrakı proseslərdə günü-gündən olan gərginlik aradan qalxacaq. Rusiyada azərbaycanlılara qarşı təzyiq metodları dayandırılacaq, siyasi təzyiq metodlarından istifadə olunmayacaq. Ümid edirəm ki, artıq problemlər arxada qaldı və günü-gündən münasibətlərin yaxşılaşmasının şahidi olacağıq. Amma ən önəmlisi odur ki, Azərbaycan müstəqil siyasət yeritdi, tələb qoydu, beynəlxalq hüququn həyata keçirilməsini istədi və hər şey Azərbaycanın istədiyi kimi oldu”, - deputat qeyd edib.
Deputat qeyd edib ki, biz  bir daha Azərbaycan diplomatiyasının və milli maraqlarımızın beynəlxalq müstəvidə qəbul olunmasının şahidi olduq: “Azərbaycan-Rusiya münasibətlərində rəsmi Bakının mövqeyi qəbul olundu”.  
İki ölkə arasında yaranmış gərginliyin səbəblərinə toxunaraq bildirib ki, bir ilə yaxın bir zaman idi ki, təyyarəmizin Rusiya səmasında raketlə vurulmasına dair çoxsaylı təkzibolunmaz fakt ortaya qoyulur, ancaq bununla bağlı Rusiya tərəfinin susması, Azərbaycan tərəfinə üzrxahlıq etməməsi cəmiyyətimizdə ciddi narazılıq doğururdu. “Bu gərginlik heç bir formada Bakıdan qaynaqlanmırdı. İlk gündən rəsmi Bakı bildirmişdi ki, biz bütün dünya xalqları və dövlətləri ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq, bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlıyıq.
Rusiya tərəfdən qaynaqlanan və münasibətləri arzuolunmaz istiqamətdə aparan hazırkı situasiya maraqların uzlaşması və qarşılıqlı hörmət əsasında başa çatması üçün Azərbaycan tərəfi öz haqlı mövqeyindən bir addım da geri çəkilmədən qonşuluq münasibətlərini qorumaq üçün hər şey etdi. Azərbaycan sona kimi öz mövqeyini qəti şəkildə ortaya qoydu, xüsusilə Azərbaycan Prezidenti böyük qətiyyət və prinsipiallıq nümayiş etdirdi. Nəhayət Rusiya tərəfi də anladı ki, Azərbaycandan üzr istəməkdən və ölkəmizin haqlı tələblərini yerinə yetirməkdən başqa yol yoxdur. Çünki bu, sadə bir məsələ deyildi və bütün dünyada çox geniş bir formada müzakirə olunurdu. Azərbaycanın istəyi də bundan ibarət idi ki, Rusiya tərəfi bu faciənin baş verməsinə görə üzrxahlıq etsin, gərəkən təzminatı üzərinə götürsün. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan növbəti dəfə öz prinsipiallığını qorudu və öz məqsədinə nail oldu”, - deputat deyib.
 Millər vəkili onu da əlavə edib ki, Düşənbədə keçirilən Əliyev-Putin görüşü Azərbaycan və Rusiya arasında münasibətlərin tam normallaşması istiqamətində dönüş nöqtəsi oldu: “Görüş zamanı Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın haqlı tələblərini qəbul etdi. Azərbaycan məqsədinə nail oldu! Bu, diplomatik mübarizənin və milli maraqlara əsaslanan siyasi liderliyin real nümunəsidir. Azərbaycan hadisəni beynəlxalq hüququn və siyasi etikanın kontekstində idarə etməklə, həm dövlət nüfuzunu qorudu, həm də regionda güc və ədalət arasında tarazlıq modelinin tətbiqinin mümkünlüyünü ortaya qoydu”.
 Mürtəza
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Oktyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri