Icma.az
close
up
RU
Ermənistan cənab Prezident İlham Əliyevin növbəti xəbərdarlığından nəticə çıxarmalıdır DEPUTAT

Ermənistan cənab Prezident İlham Əliyevin növbəti xəbərdarlığından nəticə çıxarmalıdır DEPUTAT

Icma.az, Sonxeber.az portalına istinadən məlumat yayır.

"Ermənistan cənab Prezident İlham Əliyevin növbəti xəbərdarlığından nəticə çıxarmalıdır" - DEPUTAT

"Yanvarın 7-də Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində bir çox mühüm məsələlərə toxundu".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, müsahibədə ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirən dövlətimizin başçısı Azərbaycanın bütün sahələrdə qazandığı nəaliyyətlər, icra olunan layihələr haqqında da geniş əhatəli məlumat verdi:

"Bununla yanaşı, cənab prezident İlham Əliyev qarşıdan duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinin diqqətinə çatdırdı.Həmçinin Ali Baş Komandan növbəti dəfə Ermənistan və onun havadarlarına da xəbərdarlıq etdi. Müsahibədə dövlət başçımız regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı dövlətimizin dəyişməz mövqedə olduğunu bir daha bildirdi. Ermənistan cənab prezident İlham Əliyevin xəbərdarlığından nəticə çıxarmalıdır. Ermənistan rəhbərliyi ağlını başına yığmalı, Azərbaycanın tələblərini yerinə yetirməli və qısa müddət ərzində sülh müqaviləsini imzalamalıdır. Əks təqdirdə regionda yenidən müharibənin başlanması ilə bağlı bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Prezident İlham Əliyevin də söylədiyi kimi,"biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik". Necə ki, torpaqlarımızın işğalı ilə barışmadığımız kimi".

Deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyev müsahibəsində qərbi azərbaycanlıların qayıdışı öz dədə-baba yurdlarına qayıdışı məsələsinə toxunub:

"Öz doğma torpaqlarından zorla çıxarılmış qərbi azərbaycanlıların hüquqları bərpa olunmalı, Ermənistan soydaşlarımızın geri dönməsi ilə bağlı yaratdığı süni əngəllərə son qoymalıdır. Ermənistan İnsan Hüquqlarının Ümumdünya Bəyannaməsində, Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmış "geri qayıtma hüququ"nu tezliklə tanımalıdır".

Deputat söyləyib ki, cənab Prezident İlham Əliyev müsahibədə 2025-ci ildə Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək layihələr barədə geniş məlumat verdi:

"2025-ci ildə də işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinin sürətləndiriməsi prioritet vəzifə kimi dövlətimizin diqqət mərkəzində saxlanılacaq. Bu məqsədlə cari ildə ən azı 4 milyard manat ayrılacaq. Keçmiş köçkünlərin öz doğma torpaqlarına köçürülməsi prosesi 2025-ci ildə də davam etdiriləcək. Hazırda həmin şəhər və kəndlərdə inşaat işləri gedir, layihələr icra olunur. Azad edilmiş ərazilərdə əsas infrastruktur layihələri yaxın zamanlarda yekunlaşması gözlənilir. Bunu dövlət cənab Prezident İlham Əliyev də dünənki müsahibəsində qeyd etdi. Cənab Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəni həm də 2025-ci ildə Azərbaycanın qarşıya qoyduğu bir çox hədəflərə çatacağının anonsu kimi də dəyərləndirmək olar".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 08 Yanvar 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri