Deputat Razi Nurullayevin adından dələduzluq edilir Son xəbər
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İctimaiyyətin və vətəndaşlarımızın nəzərinə!
Son günlər Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayevin adından saxta nömrə vasitəsilə vətəndaşlara mesajlar göndərilməkdədir. Naməlum bir şəxs +994 50 589 48 76 mobil nömrəsindən istifadə edərək “WhatsApp” profilinə millət vəkilinin fotosunu yerləşdirib və dələduzluqla məşğul olur. Həmin şəxs MCP başqanının adından vətəndaşlara mesajlar yazaraq onları aldadır.
Milli Cəbhə Partiyası rəsmən bəyan edir ki, sözügedən mobil nömrənin və onu işlədən şəxsin partiyamıza, eləcə də partiya başqanı Razi Nurullayevə heç bir aidiyyəti yoxdur.
Vətəndaşlarımızdan həmin nömrədən gələn mesajlara inanmamağı, bu şəxsin tələb və ya təkliflərinə məhəl qoymamağı xahiş edirik. Belə bir halla qarşılaşdığınız təqdirdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyiniz tövsiyə olunur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:243
Bu xəbər 15 Sentyabr 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















