Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Deputat Razi Nurullayevin dünyadan xəbəri yoxdur RƏY

Deputat Razi Nurullayevin dünyadan xəbəri yoxdur RƏY

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Boşanma statistikaları, məhkəmə təcrübələri göstərir  ki, ailələrin dağılmasında kişilərin də rolu qadınlardan heç də az deyil


“Son illər ailələrin dağılmasının səbəblərindən biri kimi sosial şəbəkələrdir. Qadınlar da, kişilər də müxtəlif platformalardakı paylaşımların təsiri  altına düşüb ailədən uzaqlaşırlar”


“Boşanmaların artmasına səbəb qadınlardır”, “Qadınlar evliliyi biznes layihəsi kimi görür” yanaşmalarına tez- tez rast gəlirik. Sadə vətəndaşlar deyil, hüquqşünaslar, millət vəkilləri, hətta sosioloqlar belə boşanmaların günahını qadınların boynuna yazır.

İndiyə kimi sosial şəbəkələr, media müstəvisində aparılan bu müzakirələr indi də Parlament səviyyəsində dilə gətirilib. 

Deputat Razi Nurullayev Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında iddia edib ki, boşanmaların artmasının səbəbi daha çox qadınların sərbəst qalmaq istəyi və aliment almaq imkanlarının olmasıdır.

Millət vəkili hesab edir ki, boşanmaq üçün qadınlara stimul verən faktor da alimentdir: “Mənə olan 10 müraciətdən 8-də deyirlər ki, qadınların ailəni qoruyub saxlamaq imkanı olsa da, iki ayağını bir başmağa dirəyir ki, boşanıram. Bir neçə il bundan qabaq bu məsələdə hər zaman birmənalı olaraq qadınların tərəfini saxlamışam. Amma son zamanlar görürəm ki, məsələ tendensiyasını dəyişib. Aliment Fondu lazımdır, çünki aliment verə bilməyən kişilər var. Amma eyni zamanda Aliment Fondu elə formada yaradılmalıdır ki, bu, boşanmaların artmasına gətirib çıxarmasın”.

Doğrudanmı, boşanmalara səbəb olan əsas amil qadınların “evliliyi biznes layihəsi” kimi görməsi, süni səbəblərdən ailələrini dağıtması sərbəst "gəzmək" istəyidir?  

Sözügedən tədbirdə iştirak etdiyini vurğulayan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az”a açıqlamasında deyib ki, səsləndirilən fikirlərin absurd olduğunu elə həmin iclasda iştirak edən insanlar öz baxışları, mimikaları ilə hiss etdirdilər: “Ailənin dağılmasının bütün məsuliyyətini qadınların üzərinə atmaq və bunu da onların aliment alıb sərbəst yamaşaq istəkləri ilə əlaqələndirmək gülünc və real faktlara əsaslanmayan bir təxəyyülün məhsuludur. Boşanma statistikaları, məhkəmə təcrübələri göstərir  ki, ailələrin dağılmasında kişilərin də rolu qadınlardan heç də az deyil. Ona görə də, bir-iki qulaqdan eşitmə hadisə üzərindən bu müzakirələrin gündəmə gətirilməsinin tərəfdarı deyiləm. Bu deyilənlər ölkə ictimaiyyətinin yox, sadəcə, bir şəxsin yanaşmasıdır və qətiyyən haqlı olduğunu düşünmürəm. 

Aliment Fondunun yaradılmasının saxta boşanmalara səbəb olması ilə bağlı proqnozları da məntiqli hesab etmirəm. Aliment Fondunun yaradılması dövlət siyasətinin humanist istiqamətinin bir qoluna çevrilə, yüzlərlə, minlərlə boşanmış qadına çarə ola bilər. 

Çox sayda insan alimentin ödənilməsindən yayınır. Ana ilə uşaqları ac-susuz, kiməsə möhtac qalır. Bu cür ailələrdəki uşaqların sağlam böyüməsində, onların inkişaf etməsində çox böyük problemlər yaranır. Konstitusiyaya görə, dövlət də uşaqların qayğısına qalmalıdır. Bu baxımdan Aliment Fondunun yaradılması bu insanların problemlərinin qismən də olsa həllində mühüm rol oynayar”.


Boşanma statistikasının 50 faizə yaxınlaşdığını vurğulayan Ç.Qənizadə qeyd edib ki, səbəblər müxtəlifdir. Bu məsələnin sadəcə parlamentdə müzakirəsi ilə həllinə nail olmaq mümkün deyil. Boşanmaların səbəbini araşdırmaq, problemin kökünü tapıb aradan qaldırmaq lazımdır. Dövlət orqanları bu məsələ ilə bağlı müvafiq addımlar atmalıdır. Evlənən cütlüklərin 50 faizinin boşanması artıq həyəcan siqnalı deməkdir:

“Görünür, müasir gənclər, həm kişilər, həm də qadınlar ailə dəyərlərini qoruyub saxlamaq istiqamətində üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmirlər. Biz boşanma statistikasını yox, boşanmaya qədər ailələrdə yaşanan problemləri təhlil etməli, boşanmaya səbəb olan motivləri aradan qaldırmalıyıq. Ailələrin dağılmasının əsas səbəblərindən biri sosial problemlərdir. İqtisadi çətinlik, evsizlikdən əziyyət çəkən ailələrdə gərginlik yaşanır. Qadınlar ərdən daha yaxşı həyat şəraiti tələb edir və kişi bu tələbləri qarşılaya bilməyəndə münasibətlər pisləşir. Zənnimcə, son illər ailələrin dağılmasının səbəblərindən biri kimi sosial şəbəkələrdir. Qadınlar da, kişilər də müxtəlif platformalardakı paylaşımların təsiri  altına düşüb ailədən uzaqlaşırlar. Eyni zamanda sosial- iqtisadi  problemlər, evsizlik, işsizlik kimi faktorlar da ailələrin dağılmasına gətirib çıxarır. Bu məsələdən ən çox təsirlənən, travma alan uşaqlardır. Proses bu templə davam edərsə, cəmiyyətimizdə natamam ailələrin sayı çoxalacaq. Valideynsiz böyüyən uşaqların yaşadığı stress onların gələcək həyatına mənfi təsir edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Mart 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri