Icma.az
close
up
RU
NONSENS! Kibercinayətlər artacaq: Ölkələrin milli təhlükəsizliyinə təhdid...

NONSENS! Kibercinayətlər artacaq: Ölkələrin milli təhlükəsizliyinə təhdid...

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Dünyamız getdikcə daha çox rəqəmsallaşır. Artıq gündəlik həyatımız, iş mühitimiz, hətta dövlət idarəçiliyi belə rəqəmsal alətlərdən asılı vəziyyətə düşüb. İnformasiya texnologiyaları inkişaf etdikcə, təəssüf ki, kibertəhlükələr də paralel olaraq artır və daha mürəkkəb forma alır. Əgər əvvəllər kibercinayətkarlar əsasən fərdi məlumatları ələ keçirmək və maliyyə dələduzluğu ilə məşğul idilərsə, bu gün kiberhücumların hədəfində böyük korporasiyalar, hökumətlər və ciddi infrastrukturlar da dayanır. Bu isə kibertəhlükəsizliyi təkcə texniki məsələ deyil, milli təhlükəsizlik məsələsi halına gətirir.

Belə bir şəraitdə cavabını axtardığımız vacib sual budur: yaxın 5 ildə ən böyük kibertəhlükə hansı istiqamətdən gələcək – süni intellektlə gücləndirilmiş hücumlardan, dövlət dəstəyi ilə aparılan kiberhücum kampaniyalarından, yoxsa insanların sosial mühəndislik texnikaları ilə aldadılmasından?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən kibertəhlükəsizlik eksperti Raul Həsənov bildirib ki, ən böyük kibertəhlükənin hansı istiqamətdən gələcəyini proqnozlaşdırmaq üçün bir neçə amili nəzərə almaq vacibdir. Süni intellekt texnologiyalarının sürətli inkişafı kiberhücumların xarakterini köklü şəkildə dəyişir. Əvvəllər aylarla vaxt aparan zərərli proqramların hazırlanması indi SI alətləri ilə günlər ərzində mümkündür: 

"Xüsusən də "deepfake" videolar, səs klonlama və avtomatlaşdırılmış "fişinq" mesajları insanların aldadılması riskini kəskin artırır. Bu baxımdan süni intellektlə gücləndirilmiş hücumlar yaxın 5 ildə əsas problemlərdən biri olacaq".

Raul Həsənov:  Sosial mühəndislik üsulları ən sadə, amma ən effektiv metod olaraq qalır

Onun sözlərinə görə, digər tərəfdən, dövlət dəstəyi ilə həyata keçirilən kiberhücumlar da heç vaxt gündəmdən çıxmayacaq. Çünki bu hücumlar daha çox geosiyasi məqsədlərə xidmət edir və kritik infrastruktura - enerji şəbəkələrinə, su təchizatına, nəqliyyat və rabitə sistemlərinə yönəlir. Belə hücumların nəticəsi təkcə maddi ziyanla məhdudlaşmır, həm də ölkələrin milli təhlükəsizliyinə və cəmiyyətin gündəlik həyatına birbaşa təsir göstərir:

"Bütün bunlarla yanaşı, sosial mühəndislik üsulları ən sadə, amma ən effektiv metod olaraq qalır. Çünki ən güclü texniki müdafiə sistemlərini də insan faktoru zəiflədə bilir. Tək bir işçinin diqqətsizliyi, şübhəli linkə klikləməsi və ya parol paylaşması bütün təşkilatı risk altına sala bilər. Statistikalar da göstərir ki, uğurlu kiberhücumların böyük əksəriyyəti insan zəifliklərindən başlayır".

Sonda müsahibimiz qeyd edib ki, yaxın 5 ilin əsas kibertəhlükəsi yalnız texnologiyadan deyil, bu üç istiqamətin kəsişməsindən formalaşacaq:

"Süni intellekt hücumların keyfiyyətini artıracaq, dövlət dəstəyi onların miqyasını böyüdəcək, sosial mühəndislik isə ‘insan qapısını’ açıq saxlayacaq. Buna görə də ən effektiv müdafiə strategiyası yalnız texniki alətlərin gücləndirilməsi deyil, həm də insan faktorunun maarifləndirilməsi və davamlı kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılmasıdır".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Avqust 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri