Icma.az
close
up
RU
Deputat: Rusiyanın imperialist mahiyyəti ortaya çıxır

Deputat: Rusiyanın imperialist mahiyyəti ortaya çıxır

Icma.az, Apa.az saytına istinadən bildirir.

Rusiyanın məqsədi Azərbaycana təzyiq etməkdir, bu ölkədə azərbaycanlılara qarşı zorakılıq halları dayandırılmalıdır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat deyib ki, Son günlər Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıq halları ciddi narahatlıq doğurur: “Çünki zorakılığa məruz qalan şəxslər sadəcə etnik azərbaycanlılar deyil, eyni zamanda Rusiya Federasiyasının vətəndaşlarıdır. Bu səbəbdən də baş verənlər təkcə azərbaycanlılara qarşı yönəlmiş akt kimi deyil, həm də Rusiyanın öz vətəndaşlarına qarşı həyata keçirdiyi zorakılıq aktı kimi qiymətləndirilməlidir. Bu hadisələr eyni zamanda Rusiyanın dövlət imicinə ciddi zərbə vurur. Milliyyətinə görə vətəndaşların fərqləndirilməsi və onlara qarşı ayrı-seçkiliklə müşayiət olunan zorakılıq halları, ölkənin çoxmillətli cəmiyyət prinsiplərinə ziddir. Lakin görünən odur ki, Rusiyadakı bəzi dairələrin belə addımlar atmasının arxasında daha dərin və kompleks motivlər dayanır”.

Rusiya təcrid olunur və aqressivləşir

Hikmət Babaoğlu qeyd edib ki, bu gün dünya ictimaiyyəti Rusiyanın sərgilədiyi radikal siyasi mövqeyin şahididir: “Rusiya getdikcə daha çox beynəlxalq təcridə məruz qalır və onun ənənəvi tərəfdaşları, müttəfiqləri belə ondan uzaqlaşır. Belə bir şəraitdə Moskvanın daxili və xarici siyasətdə aqressivləşməsi müşahidə olunur ki, bu da bir çox hallarda etnik gərginliklərin alovlanmasına səbəb olur. Zorakılıq heç bir halda qəbul edilə bilməz və bu, yalnız sosial gərginlik deyil, həm də hüquqi və siyasi böhran yaradır. Azərbaycanlılara qarşı törədilən bu cür zorakılıq hadisələrinin heç bir məntiqi izahı yoxdur. Bunlar dövlətin bəzi strukturları tərəfindən öz vətəndaşlarına qarşı həyata keçirilən dövlət zorakılığıdır. Bu, məsələnin Rusiya dövləti və onun vətəndaşları kontekstində qiymətləndirilməsidir. Ancaq biz bilirik ki, hazırda regionda mühüm tarixi proseslər baş verir. Rusiya Ukraynada apardığı üç il yarımlıq müharibədə arzu etdiyi nəticələri əldə edə bilmir və beynəlxalq siyasətdən getdikcə daha çox təcrid olunmağa başlayır. Bu, onun daxili siyasətinə də təsirsiz ötüşmür. Yaxınlarda başlayan və 12 gün davam edən İran-İsrail gərginliyinin nəticələri də yeni geosiyasi reallıqların yaranmasından xəbər verir. Rusiya ətrafında yeni reallıqlar yaranır, Moskva bu reallıqları qəbul etmək istəmir və postsovet məkanındakı ənənəvi tərəfdaşlarının onunla əbədi müttəfiq qalacağını düşünür. Halbuki bu, hazırkı tarixi şəraitdə artıq mümkün deyil. Nəticədə isə Rusiya daha da aqressiv mövqe sərgiləyir”.

Cənubi Qafqazda sülhə qarşı müqavimət

Deputat qeyd edib ki, azərbaycanlılara qarşı baş verən zorakılıq hadisələrində Rusiya siyasi dairələrinə nüfuz etmək imkanı olan erməni izini axtarmaq lazımdır. Rusiya siyasi çevrələrində nüfuz imkanları olan bu qrupların Cənubi Qafqazda sülh prosesinə maneə törətmək istəyi istisna deyil: “Ermənistanın baş naziri Nikol Paşinyanın son Türkiyə səfəri və bu səfərdən sonra sızan bəzi məlumatlar regionda böyük və tarixi sülh imkanlarının yarandığını göstərir. Bu razılaşmaların reallaşması Cənubi Qafqazda davamlı sabitlik və əməkdaşlıq mühitini formalaşdıra bilər. Bu, Rusiyanı hövsələdən çıxarır. Belə olan halda isə Rusiya öz təsir imkanlarını itirdiyi üçün mövcud vəziyyətlə barışmaqda çətinlik çəkir”.

Zorakılığı törədən şəxslər məsuliyyətə cəlb olunmalıdır

Hikmət Babaoğlu qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlılara qarşı törədilən zorakılıqla bu hadisələrin birbaşa əlaqəsi var: “Ermənistanda da dövlət çevrilişinə cəhdlər oldu və bunun qarşısı alındı. Belə mürəkkəb şəraitdə Rusiya hesab edir ki, Cənubi Qafqazı birdəfəlik, həmişəlik itirə bilər. Şübhəsiz ki, Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycanın da iradəsi burada mühümdür. Ona görə də Rusiya bu və ya digər vasitələrlə Azərbaycana təzyiq etmək istəyir. Amma nəticə etibari ilə öz vətəndaşlarına qarşı etnik ayrı-seçkilik siyasəti həyata keçirməklə öz vətəndaşlarını cəzalandırır. Burada Rusiyanın imperialist mahiyyəti ortaya çıxır. Bu cür hadisələr dərhal dayandırılmalı, baş verənlərə ağlabatan hüquqi və məntiqli izah verilməlidir. Dərhal hüququ əsas götürməklə cinayət törədənləri cəzalandırmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 İyun 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see496

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see323

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see258

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see224

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see223

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see221

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see191

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see182

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see180

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see179

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see179

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see175

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see174

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see173

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see167

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see167

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see162

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see161

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri