Icma.az
close
up
RU
Ermənistan Rusiyanın təhlükəsizlik çətirindən çıxır

Ermənistan Rusiyanın təhlükəsizlik çətirindən çıxır

Icma.az, Azpost saytına istinadən bildirir.

Ermənistanın Rusiyadan və Moskvanın yaratdığı təhlükəsizlik sistemindən uzaqlaşması artıq siyasi bəyanatlar mərhələsini geridə qoyaraq real geosiyasi prosesə çevrilib.

Bunu Azpost.info-ya açıqlamasında sabiq deputat, hüquq elmləri doktoru Qulamhüseyn Əlibəyli deyib.

Ekspertin sözlərinə görə, Ermənistanın 2024-cü ildən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını faktiki dondurması, təşkilatın tədbirlərinə qatılmaması və maliyyə öhdəliklərini yerinə yetirməməsi İrəvanın təhlükəsizlik siyasətində ciddi dönüşün göstəricisidir.

“Ermənistanın əsas arqumenti ondan ibarətdir ki, Azərbaycan işğal olunmuş ərazilərini azad edərkən və antiterror tədbirləri zamanı KTMT İrəvanın tələblərinə baxmayaraq onu müdafiə etmədi. Ermənistan hesab edir ki, təşkilat onun təhlükəsizlik ehtiyaclarına cavab vermədi. Baş nazir Nikol Paşinyan hətta KTMT-nin Ermənistanın gələcəyi və suverenliyi baxımından təhlükələr yaratdığını bildirib. Bu, artıq sadəcə diplomatik narazılıq deyil, Ermənistanın öz təhlükəsizlik arxitekturasını dəyişmək niyyətidir”, – deyə Əlibəyli bildirib.

“Dondurulmuş üzvlük” modeli Rusiya üçün qəbuledilməz olur

Qulamhüseyn Əlibəyli qeyd edib ki, Ermənistan faktiki olaraq KTMT-nin fəaliyyətində iştirak etməsə də, hüquqi baxımdan təşkilatdan çıxmayıb. KTMT də İrəvanı formal olaraq üzv hesab etməkdə davam edir.

Onun sözlərinə görə, təşkilatın baş katibi bu ilin iyununda Ermənistanın üzvlük statusunun dəyişdirilməsi ilə bağlı heç bir rəsmi bildiriş almadıqlarını açıqlayıb.

Lakin ekspert hesab edir ki, Moskva artıq Ermənistanın bu qeyri-müəyyən mövqeyinə əvvəlki kimi səbrlə yanaşmaq niyyətində deyil.

“Sergey Lavrov Ermənistanın KTMT-dəki statusunun tezliklə həll edilməli olduğunu bildirib. Rusiya hesab edir ki, Ermənistan tamhüquqlu üzv olaraq qalırsa, üzvlükdən irəli gələn öhdəlikləri də yerinə yetirməlidir. Ermənistanın KTMT-dəki gələcək statusunun noyabrın 11-də Moskvada keçiriləcək sammitdə müzakirə olunacağı gözlənilir”, – deyə o vurğulayıb.

Əlibəylinin fikrincə, bir müddətdir davam edən “dondurulmuş üzvlük” modeli artıq Rusiya üçün qəbuledilməz həddə yaxınlaşır.

“Əsas məsələ KTMT-nin taleyi deyil. Əsas məsələ Ermənistanın gələcək təhlükəsizlik arxitekturasının necə qurulacağıdır. Ermənistan Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik sistemindən çıxmağa çalışır, amma həmin sistemin yerini tam dolduracaq alternativ hərbi mexanizm hələ mövcud deyil”.

Rusiya Ermənistanı seçim etməyə tələsdirir

Sabiq deputat bildirib ki, Moskvanın İrəvana təzyiqləri yalnız KTMT ilə məhdudlaşmır.

Onun sözlərinə görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın cari ilin sonuna qədər Avropa İttifaqı və ya Avrasiya İqtisadi İttifaqı istiqamətində seçim etməsi məsələsinin gündəmə gəldiyini bildirib.

“Göründüyü kimi, Rusiya Ermənistanı seçim etməyə tələsdirir. Moskva üçün söhbət artıq yalnız hərbi və iqtisadi alyansların gələcəyindən getmir. Məsələ Rusiyanın uzun illər ərzində Güney Qafqazda formalaşdırdığı sistemin taleyidir. Ermənistanın bu sistemdən uzaqlaşması Rusiya üçün ciddi geosiyasi və geoiqtisadi risklər yaradır”, – deyə Əlibəyli qeyd edib.

Avropa istiqaməti təhlükəsizlik zəmanəti vermir

Ekspert bildirib ki, Ermənistan 2025-ci ildə Avropa İttifaqına inteqrasiya prosesinin başlanmasına dair qanun qəbul etməklə strateji istiqamətini nümayiş etdirib.

Lakin o vurğulayıb ki, Avropa İttifaqına mümkün inteqrasiya Ermənistan üçün avtomatik kollektiv hərbi müdafiə təminatı yaratmır.

“Avropa İttifaqı özü də bildirir ki, üzvlük mürəkkəb, uzunmüddətli və müəyyən meyarlara əsaslanan prosesdir. Hətta gələcək perspektivdə Ermənistanın Avropa istiqamətində irəliləməsi onun üçün avtomatik hərbi təhlükəsizlik zəmanəti yaratmayacaq”.

Əlibəyli qeyd edib ki, buna baxmayaraq Ermənistanın ABŞ, Avropa İttifaqı, Fransa, Yunanıstan və Hindistanla təhlükəsizlik və hərbi-texniki əməkdaşlığı genişlənir.

Bu əməkdaşlıq ordunun modernləşdirilməsi, silahlanması, komanda sistemlərinin yenilənməsi, hərbi hazırlıq, logistika, kəşfiyyat və müdafiə sənayesinin inkişafını əhatə edir.

“Qərb Ermənistan üçün bir gündə yeni təhlükəsizlik sistemi yarada bilməz. Ordunun silahlanması, komanda sisteminin dəyişdirilməsi, kəşfiyyat imkanlarının yenilənməsi və yeni tərəfdaşlarla qarşılıqlı fəaliyyət mexanizmlərinin qurulması illər tələb edir”, – deyə hüquq elmləri doktoru bildirib.

ABŞ, Aİ, Fransa və Hindistan: Ermənistanın yeni təhlükəsizlik modeli

Qulamhüseyn Əlibəylinin fikrincə, Ermənistan KTMT-dən formal şəkildə çıxarsa və ya üzvlüyünə xitam verilərsə, təhlükəsizlik boşluğunu “hibrid təhlükəsizlik sistemi” ilə doldurmağa çalışacaq.

“Daha real ssenari Ermənistanın öz hərbi imkanlarının ABŞ, Avropa İttifaqı, Fransa, Yunanıstan və Hindistanla əməkdaşlıq xətti üzrə qurulan yeni mexanizmlərlə birləşdirilməsidir”, – deyə o bildirib.

Əlibəyli xüsusilə ABŞ-la ikitərəfli təhlükəsizlik əməkdaşlığının genişləndirilməsini vacib hesab edir.

Onun sözlərinə görə, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq çərçivəsində müdafiə və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, hərbi təhsil və hazırlıq, Ermənistan ordusunun imkanlarının artırılması, müdafiə sənayesinin inkişafı və kəşfiyyat məlumatlarının mübadiləsi kimi istiqamətlər ön plana çıxır.

“Bu, artıq sadəcə hərbi təlim məsələsi deyil. Söhbət Ermənistanın milli təhlükəsizlik institutlarının Qərb standartlarına yaxınlaşdırılmasından gedir”, – deyə Əlibəyli vurğulayıb.

Ekspert hesab edir ki, Avropa İttifaqının rolu isə əsasən sərhəd təhlükəsizliyi, kibertəhlükələr, hibrid təhdidlər, məlumat mübadiləsi və dövlət institutlarının dayanıqlığının gücləndirilməsi sahəsində ola bilər.

Fransa silahlanma və hərbi texnologiya, Yunanıstan və Hindistan isə daha çox hərbi-texniki və maddi təminat istiqamətində Ermənistanın yeni tərəfdaşları kimi çıxış edə bilər.

TRİPP və İran faktoru

Qulamhüseyn Əlibəyli hesab edir ki, Zəngəzur dəhlizi kimi tanınan TRİPP marşrutu da Ermənistanın yeni təhlükəsizlik sisteminin elementlərindən birinə çevrilə bilər.

Onun sözlərinə görə, ABŞ və Ermənistanın bu layihə çərçivəsində əməkdaşlığı yalnız nəqliyyat layihəsi kimi qiymətləndirilməməlidir.

“Sərhəd təhlükəsizliyi, fövqəladə hallara hazırlıq, infrastrukturun qorunması, gömrük və təhlükəsizlik sistemlərinin modernləşdirilməsi də bu əməkdaşlığın tərkib hissəsinə çevrilə bilər”.

Ekspertin fikrincə, paradoksal görünsə də, İran da Ermənistanın yeni təhlükəsizlik balansında müəyyən rol oynaya bilər.

“Tehran üçün Ermənistanla sərhəd sadəcə ikitərəfli münasibət məsələsi deyil. Bu xətt İranın Güney Qafqazdakı geosiyasi mövqeyi və Şimal-Cənub dəhlizi baxımından da mühüm əhəmiyyət daşıyır”.

“Əsas problem təhlükəsizlik boşluğudur”

Qulamhüseyn Əlibəyli hesab edir ki, Ermənistan üçün əsas məsələ KTMT-dən uzaqlaşmaq deyil, həmin addımdan sonra yaranacaq təhlükəsizlik boşluğunu nə ilə doldurmaqdır.

“Əgər Ermənistan bu boşluğu öz ordusunun gücləndirilməsi, çoxvektorlu diplomatiya və Qərblə konkret müdafiə mexanizmləri hesabına doldura bilsə, Rusiyadan uzaqlaşma strategiyası uğurlu ola bilər. Əks halda, İrəvanın yeni təhlükəsizlik sisteminə keçidi ciddi risklərlə müşayiət oluna bilər”.

Ekspertin qənaətinə görə, Ermənistan Rusiyanın təhlükəsizlik çətirindən tamamilə çıxarsa, yaranacaq boşluq yeni vahid kollektiv təhlükəsizlik mexanizmi ilə deyil, ABŞ, Avropa İttifaqı, Fransa, Hindistan, Yunanıstan və digər tərəfdaşlarla əlaqələrdən ibarət balanslaşdırılmış çoxvektorlu və hibrid təhlükəsizlik sistemi ilə doldurulmağa çalışılacaq.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 Avqust 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri