Icma.az
close
up
RU
Deputat: Sahibkarlar çimərliklərdə qiymətləri əlçatan etməlidirlər

Deputat: Sahibkarlar çimərliklərdə qiymətləri əlçatan etməlidirlər

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Çimərlik mövsümü yaxınlaşdıqca insanımızı düşündürən əsas məsələlərdən biri xidmətlərin əlçatan olmaması olur. Bu, məsələ həm indi, həm də yay boyunca gündəmdə olacaq. Sirr deyil ki, bir çox çimərliklər iş adamlarının, sahibkarların nəzarətindədir. Həmin ərazilər icarəyə götürülür və öz xidmətləri təklif olunur".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. 
Deputat təəssüflə bildirib ki, həmin ərazilərdə xidmətlər kifayət qədər bahadır:
"Sadə statistik vətəndaşın bu xidmətlərdən istifadəsi bir çox hallarda əlçatan deyil. Yay mövsümündə ailəsi ilə birlikdə bir neçə dəfə istirahət etmək istəyən insan ailə büdcəsindən xeyli miqdarda pul ayırmalı olurlar. Həmin vətəndaşlar bununla bağlı narazılıqlarını bildirirlər.
Ötən il "İDEA" İctimai Birliyi tərəfindən 6 çimərlik təmizlənərək, tamamilə ödənişsiz şəkildə istifadəyə verildi. Büdcəsi aşağı olan vətəndaşlar bu kimi alternativlərdən də istifadə edə bilərlər".

Deputatın sözlərinə görə, bəzən ictimai çimərliklərdə şəraitin olmaması ilə bağlı fikirlər səsləndirilir:
"Bu il də çimərliklərdə təmizliklə bağlı müəyyən addımların atılmasını gözləyirik. İctimai çimərliklərin normal vəziyyətə gətirilməsi vacib məsələdir. Bununla müvafiq qurumlar, yerli icra strukturları məşğul olmalı, bələdiyyələr prosesə cəlb edilməlidir. 
Vətəndaş üçün alternativ variantlar yaradılmalıdır. Xəzər dənizinin qumlu sahilləri Azərbaycan vətəndaşı üçün ərmağandır. Vətəndaşların immunitet sistemi, sağlamlığı üçün çimərlikdən istifadə vacibdir.  Ödənişli çimərlikləri icarəyə götürən sahibkarlar qiymətləri əlçatan etməlidirlər. Nə qədər əlçatan olsa, bir o qədər çox vətəndaş çimərlikdən istifadə edəcək. Bütün bunlar xalqa xidmət etmək deməkdir. Müvafiq qurumlar aktiv olmalı, ötən il İDEA-nın başlatdığı ənənə davam etdirilməlidir".
Əfsanə Kamal
Demokrat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 İyun 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see286

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see249

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see233

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see216

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see189

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see187

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see176

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see172

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see156

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see153

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see152

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see152

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see151

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see148

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see145

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see144

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see144

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see141

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see138

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri