Icma.az
close
up
RU
Yerli sahibkarlar klublara sponsorluğa cəlb edilməlidir Deputat

Yerli sahibkarlar klublara sponsorluğa cəlb edilməlidir Deputat

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Azərbaycan region futbol klubları maliyyə sabitliyini təmin etməkdə çətinliklərlə üzləşir və davamlı gəlir mənbələri yaratmaq üçün müxtəlif strategiyalar axtarır. Əsas gəlir mənbəyi federasiyanın maliyyə dəstəyindən asılıdır, lakin bu mənbələrin məhdudluğu klubları daha geniş sponsorluq və investisiya imkanları tapmağa məcbur edir. Lakin əksər klublar sponsor cəlb etməkdə böyük uğur qazana bilməyib və əsasən federasiyadan ayrılan maliyyə hesabına fəaliyyət göstərməyə çalışırlar”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputat Müşfiq Cəfərov deyib. O bildirib ki, Azərbaycan futbolunun daha yaxşı maliyyə vəziyyəti keçmişdə dövlət proqramı vasitəsilə mümkün olub:
“Bu proqram çərçivəsində futbola sponsorluq edən şirkətlərə vergi baxımından müəyyən güzəştlər verilirdi və bu, sponsorların futbola maliyyə yatırımı etməsi üçün stimul yaradırdı. Buna görə də həmin dövrdə klubların maliyyə vəziyyəti daha stabil idi. Lakin belə vəsaitlərin düzgün istiqamətə yönəldilməməsi vəziyyəti yenidən problemli hala gətirdi. Təkcə oyunçu transferlərinə maliyyə xərcləmək futbola uzunmüddətli fayda vermir. Əksinə, hər baxımdan mənfi təsir edir. Dövlət proqramı vasitəsilə infrastrukturun qurulması, təhsil və maarifləndirmə sahələrinə investisiya yatırmaqla dəstək təmin edilə bilər ki, bu da futbolun davamlı inkişafı üçün vacibdir”.
Deputat qeyd edib ki, regionlarda gənclər futboluna dəstək üçün də ciddi maliyyə resurslarına ehtiyac var:
“Dünyanın ən inkişaf etmiş akademiyalarında belə, peşəkar oyunçuların yetişdirilməsi yalnız 3% səviyyəsindədir. Bu da akademiyaların yüksək maliyyə sərfiyyatına baxmayaraq, az gəlir əldə edə biləcəyi anlamına gəlir. Əgər futbol klublarının gəlir mənbəyi yoxdursa, investorlar maliyyə qoymaq istəmirlər, amma futbolun inkişafı üçün klubların davamlı gəlir mənbələri olmalıdır. Bunun üçün yerli sahibkarlar klublara sponsorluğa cəlb edilməlidir”.
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 İyul 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri