Icma.az
close
up
RU
Deputat sahibkarların müdafiəsinə qalxdı Yeni Gündəm

Deputat sahibkarların müdafiəsinə qalxdı Yeni Gündəm

Yenigundem saytına istinadən Icma.az xəbər verir.

İşğaldan azad edilmiş ərazilər üzrə iqtisadi fəaliyyət sahələri və mal nomenklaturası üzrə hüquqi şəxslər və sahibkarlıq edən fiziki şəxslər idxal zamanı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilir. “Lisenziyalar və icazələr haqqında” qanuna edilən bu dəyişiklik çox mütərəqqidir və dəstəkləyirəm. Məhz, bu cür müsbət dəyişikliklər Qarabağ zonasında iqtisadi aktivliyin artmasına səbəb olub.

”Yeni Gundem” xəbər verir ki, deputat Razi Nurullayev parlamentdə iqtisadi fəaliyyət sahələri və mal nomenklaturası üzrə hüquqi şəxslər və sahibkarlıq edən fiziki şəxslər idxal zamanı əlavə dəyər vergisindən və gömrük rüsumları barədə çıxış etdi.

Azərbaycanın müxtəlif şəhər və rayonlarında iqtisadi fəallıq xeyli azalmış, bəzi iş yerləri bağlanmışdır. Bir çox iş adamları rayon və şəhərlərdə zavod və fabriklərini bağlayaraq Qarabağ zonasına yatırım etmişlər. Prinsipcə bu yaxşıdır, həm də narahatedici.

Azərbaycanın bir nöqtəsində iş yerlərinin bağlanması və əvəzində digər nöqtəsində açılması nə dövlətin, nə də hökumətin marağında ola bilməz. Ölkəmizin müxtəlif yerlərində iqtisadi fəallığın kəskin azalması müşahidə olunur və xarici sərmayələrin də cəlb olunmasında ciddi problemlər yaşayırıq.

Bu dediyim məsələləri nəzərə alaraq, müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə ciddi vergi güzəştlərinin tətbiq edilməsini təklif edirəm. Biz elə etməliyik ki, yerli və xarici sərməyadar pulunu və biznesini Azərbaycana köçürmək istəsin. Bunun üçün ikinci addım olaraq iqtisadi fəaliyyət sahəsində məhkəmə sisteminin yüz faiz şəffaflığına nail olmalı və onlara inamı artırmalıyıq.

Üçüncü, vergi məcəlləsini bütövlükdə yenidən yazmalı və ən azı 60-70 faiz sadələşdirməliyik ki, onu oxuyan iş adamı çətin alqoritmik hesablamalar içində başını itirməsin, sadə dildə onu anlamağı bacarsın. Vahid və sadə bir məcəllə. Dördüncü bənd olaraq, əmlak toxunulmazlığı faktiki və konkret olaraq toxunulmaz olmalı və bu sahədə zərrə qədər də şübhəyə nə yerli, nə də xarici sərməyadarda şübhə olmamalıdır. Sonuncu olaraq isə ən vacib məqamlardan birini də qeyd edim.

Iş yeri yaradacaq bizneslərin qurulması zamanı infrastruktur xərcləri, yəni qaz, işıq, su, kanalizasiya, torpaq sənədləşməsi, icazələrin alınması böyük xərc aparır. Deyək ki, bir nəfərin 5 milyon manatı var və yatırım etmək istəyir. Əgər, güzəştli sənaye parklarında edərsə o zaman yəqin ki, xərclər az olacaq və ona sərf edər. Amma, hər kəs də sənaye ilə məşğul olmaq istəmir və yaxud digər şəhər və rayonlarda biznes qurmaq istəyir. Bu zaman onun 5 milyonunun demək olar ki, hamısı alqı-satqıya, ödənişlərə və icazələrə gedir. Adamın iş görmək həvəsi elə rüşeymində ölür. Onun üçün də təklif edirəm ki, infrastruktur layihələri dövlət tərəfindən həyata keçirilsin, konkret biznes layihələrini hazır paket şəklində simvolik qiymətə sərmayəçilərə satsınlar. Onların üzərinə isə konkret sərmayə və konkret sayda iş yeri yaratmaq öhdəliyi qoyulsun.

Ümid edirəm ki, iqtisadiyyat nazirliyi bu təklifimə cavab verəcəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 18 Mart 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri