Icma.az
close
up
RU
Deputat: “Siyasi partiyalar demokratik proseslərin inkişafına təkan verirlər”

Deputat: “Siyasi partiyalar demokratik proseslərin inkişafına təkan verirlər”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Siyasi partiyalar siyasi sistemin əsas komponentidir”. 

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında bildirib. O bildirib ki, Azərbaycan Respublikasında demokratiyanın və parlamentarizmin inkişafında siyasi partiyaların rolu danılmazdır: 

“Siyasi partiyalar cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını təmsil edərək, demokratik proseslərin inkişafına təkan verirlər. Siyasi partiyaların fəaliyyəti ölkəmizdə fərqli baxışların yaranmasına şərait yaradır. Bu isə öz növbəsində siyasi sistemin daha da təkmilləşməsinə, onun dinamik və çoxşaxəli inkişaf etməsinə töhfəsini verir. Ulu Öndər Heydər Əliyevin işlək mexanizmə çevirdiyi demokratik-hüquqi dövlət konsepsiyası dövlətçilik institutunun yaradılmasının əsasını təşkil etdi. Bu gün ölkəmizdə siyasi partiyaların fəaliyyəti üçün qanunvericilik bazası mövcuddur. 

Cənab Prezident İlham Əliyevin islahatları sırasında yeni siyasi konfiqurasiyanın formalaşması ölkəmizdə iqtidar-müxalifət münasibətlərinin dayanıqlılığını və inkişafını təmin edir. Məhz bu səbəbdən, müasir Azərbaycanın siyasi mühitində partiyaların institusional fəaliyyəti özünü müxtəlif aspektlərdə göstərir və müasir çağırışlara cavab verir”. 

Millət vəkili qeyd edib ki, parlamentdə təmsil olunan partiyaların siyasi sistemdə aktiv iştirakı demokratiyanın və parlamentarizmin müasir tələblər səviyyəsində formalaşmasına daha geniş imkanlar yaradır: 

“Siyasi partiyaların Milli Məclis platformasında iştirakı təkcə müxtəlif aktual məsələlərin ictimailəşməsində və qanunların qəbul olunması ilə kifayətlənmir, həm də siyasi partiyaların demokratiya və parlamentarizmin inkişafında rolunu gücləndirir, səmərəliliyini artırır. Əminəm ki, parlamentdə təmsil olunan siyasi partiyalar ölkəmizin siyasi sisteminin təkmilləşməsinə və bunun dövlətçiliyimizin güclənməsində oynamış olduğu rolu əsas götürərək, parlamentarizmin və demokratiyanın inkişafına töhfə verəcəklər”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri