Deputat: Sülhə qarşı çıxanlara seyirçi qalmayacağıq
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
“Son yarım ayda iki dəfə eyni qurumun – Avrasiya İqtisadi İttifaqının fərqli formatlı toplantılarında Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinə daşınan yüklərə qoyulan qadağanın aradan qaldırılmasına və ikitərəfli ticarətdə atılan ilk addıma görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edib. Mən də öz növbəmdə Ermənistan baş nazirini təbrik edirəm ki, selektivçiliyə və zaman-zaman ziddiyyətli davranışlara yol versə də, Azərbaycanın göstərdiyi xeyirxahlığa qarşı tərəfdən ilk dəfə az da olsa adekvat reaksiya görürük”.
Ölkə.az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.
Deputat bildirib ki, selektivçilik dedikdə Paşinyanın Qərbdə qatıldığı tədbirlərdə bu təşəkkürü nədənsə unutmağa üstünlük verməsini nəzərdə tutur:
“Ziddiyyətlilik isə ondadır ki, Ermənistanın baş naziri bir tərəfdən tamamilə əsassız olaraq Qərbi Azərbaycan İcmasını başında imperiya agentlərinin və terrorçuların dayandığı ‘Krunk’la eyniləşdirir, Qarabağı könüllü tərk edən ermənilərin geri dönüşü ilə Ermənistandan deportasiya olunan azərbaycanlıların məsələsinin ikitərəfli danışıqlarda həllini təklif edir, digər tərəfdən isə Avropa İttifaqı ilə imzalanan sənəddə bunun əksini görürük”.
Sahib Alıyev qeyd edib ki, Ermənistan rəhbərliyi maraqlarına uyğun gələndə məsələni beynəlxalqlaşdırmağa, çoxtərəfli platformalara çıxarmağa çalışır: “Amma unudurlar ki, son 5 ildə bu cür addımlar onlara acı təcrübədən başqa heç nə verməyib”.
Deputat həmçinin Paşinyanın bir tərəfdən erməniləri Rusiyaya xidmət etməkdə suçlandıraraq ruhanilərə qarşı sərt addımlar atmasını, digər tərəfdən isə Moskvanın rəğbətini qazanmaq üçün Rusiyada keçirilən ikinci-üçüncü dərəcəli tədbirlərə böyük həvəslə qatılmasını ziddiyyətli mövqe kimi qiymətləndirib.
Onun sözlərinə görə, Azərbaycan xalqı yaxşı anlayır ki, Ermənistana benzin satılmasına razılıq nə maddi qazanc naminə verilib, nə də qarşı tərəfin təşəkkürünə ehtiyac duyulur:
“Azərbaycan bununla bir daha göstərir ki, istər Brüsseldə olsunlar, istərsə də qulağımızın dibində – hər hansı qüvvə Prezident İlham Əliyevin regiona gətirdiyi sülhə qarşı hərəkət edərsə, biz seyirçi qalmayacaq, lazımi əks tədbirləri görəcəyik və görürük”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 23 Dekabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















