Icma.az
close
up
RU
Türkiyədə qardaşlığa qarşı çıxanlara yer olmamalıdır

Türkiyədə qardaşlığa qarşı çıxanlara yer olmamalıdır

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Son illər Türkiyə mediasında müşahidə olunan siyasi və ideoloji cəbhələşmə, informasiya məkanında dərin qütbləşməyə gətirib çıxarıb. Bu prosesin mərkəzində isə iqtidaryönlü və strateji yönləndirilmiş media strukturları dayanır. Onlardan biri - həm hakimiyyətin kommunikasiya siyasətinin əsas dayaqlarından biri, həm də regionla bağlı ideoloji narrativlərin formalaşdığı mühüm platforma olan Albayrak Media Qrupudur.
Qrupun rəhbəri Serhat Albayrak – Türkiyədə siyasi və media təsirinin üç böyük dayağından biri sayılan Albayrak ailəsinin aparıcı simasıdır.
Onun qardaşı Berat Albayrak ölkənin iqtisadi-siyasi elitasında vacib sima, ataları Sadık Albayrak isə 1970-ci illərdən bəri Rəcəb Tayyib Ərdoğanın ən yaxın silahdaşlarından biri kimi tanınır.
 

Serhat Albayrak AKP-yə yaxın media blokunun strateji koordinatoru sayılır. O, həm informasiya, həm də iqtisadi axınların idarə mərkəzində dayanır. Bu da ona təkcə redaksiya siyasətini deyil, ideoloji istiqamətləri də müəyyənləşdirmək imkanı verir.


Bu media sisteminin içərisində aktiv görünən simalardan biri Mustafa Doğandır. O, “Yeni Şafak”, “TVNET” və “GZT” kimi Albayrak Media-ya bağlı platformalarda çıxış edən, özünü “anti-sionist” və “islamçı” mövqedə təqdim edən jurnalistdir. Mustafa Doğan və Serhat Albayrak arasında əlaqə isə ideoloji və struktur bağlılığına söykənir. 
Lakin Mustafa Doğanın çıxışlarının dərin qatlarına nəzər saldıqda, iranpərəst və anti-Azərbaycan xəttinin aydın izlərini görmək mümkündür. Doğan bu mövqeyini çox vaxt “islam həmrəyliyi” pərdəsi altında gizlətməyə çalışır, amma paylaşım və şərhlərində bu pərdənin altından “fars ideoloji xisləti” aydın görünür.
Doğanın sosial mediada, xüsusilə “X” platformasında sərgilədiyi ritorika Azərbaycanla bağlı açıq qərəz niyəti daşıyır. 

Doğanın son paylaşımlarında Azərbaycan rəhbərliyinə qarşı İsraillə yaxın münasibətlərə görə etikadankənar yanaşmalar ön plandadır. Onun paylaşımlarına baxdıqda belə bir təəssürat yaranır ki, guya Qəzzadakı hadisələrin məsuliyyətini Azərbaycan daşıyır, hətta müsəlmanların bombalanmasının “günahkarı” da Azərbaycandır.
 

Bu ritorika təkcə absurd deyil, həm də təhlükəlidir — çünki o, Türkiyə-Azərbaycan münasibətlərinə, Şuşa Bəyannaməsi ilə təsdiqlənmiş qardaşlığa qarşı ideoloji sabotaj xarakteri daşıyır.


Mustafa Doğanın mesajlarının əsas hədəfi Azərbaycanın Qarabağda qazandığı tarixi Zəfərinin nəticələrini və Türk Dövlətləri Təşkilatının güclənməsini gözardı etmək, bu mövzularda qaralama kampaniyası aparmaqdır. 
O, Azərbaycan-Türkiyə strateji müttəfiqliyini fars mənşəli ideoloji təfəkkürlə təhrif edir, “qardaşlıq” anlayışını sual altına alır. Bu, artıq sadəcə fərdi fikir sərbəstliyi deyil — Türkiyə dövlətçiliyi və milli həmrəyliyə qarşı yönəlmiş təxribatdır. Çünki bütün sahələrdə Azərbaycanla Türkiyə birgə, razılaşdırılmış şəkildə addımlayır.
Türkiyə və Azərbaycan münasibətləri təkcə siyasi deyil, tarixi, dini və milli təməllər üzərində qurulub.  
Bu birliyə qarşı çıxmaq, istər ideoloji, istərsə də informasiya müstəvisində qəbuledilməzdir.
Əgər Serhat Albayrak bu sistemin sahibi, media strukturunun arxasındakı menecer və strateqdirsə, Mustafa Doğan bu xəttin ideoloji siması rolunda çıxış edir. Görünən qədərilə, qardaş ölkədə hakimiyyətdəki çoxluğun bu cür zərərli yanaşmalara etirazı hələlik nəticə vermir. Bu reallıq qarşısında müraciət ediləcək yalnız bir ünvan qalır — Türkiyə xalqı.
 

Çünki bu xalq hər zaman dostu və düşməni ayırd edə bilib. Türkiyədəki heç bir media qurumu, xüsusilə də hakimiyyət çevrələrinə yaxın strukturlar, Azərbaycanın hədəfə çevrilməsinə imkan verməməlidir.


Bir sözlə, Türkiyədə qardaşlığımıza qarşı çıxanlara yer olmamalıdır.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Noyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see240

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see231

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see225

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see221

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see212

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see192

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see156

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see152

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see148

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see145

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see140

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see139

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see136

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see133

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see133

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see131

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see130

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri