Icma.az
close
up
RU
Deputat: Torpaqlarımızın azad edilməsində Heydər Əliyev siyasətinin böyük payı var

Deputat: Torpaqlarımızın azad edilməsində Heydər Əliyev siyasətinin böyük payı var

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi rəhbərliyə qayıdışı ölkənin ən mürəkkəb dövrünə təsadüf edir. 1991-ci ildə müstəqillik elan edildikdən sonra Azərbaycan torpaqları işğal altına düşmək təhlükəsi daşıyırdı. Rusiyanın bilavasitə dəstəyi ilə erməni silahlı birləşmələri torpaqlarımızın bir qismini işğal etmişdilər. Ordu yox idi, iqtisadiyyat yerinə oturmamışdı. Nizami ordunun  olmadığı dövrdə ölkə çətin durumda qalmışdı. Həmin dövrdə hakimiyyətdə olanların yarıtmaz siyasəti nəticəsində ciddi qarşıdurma şəraiti yaranmışdı".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
Deputat bildirib ki, bu dövrdə Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi:
"Heydər Əliyev hər siyasətçinin bacara bilməyəcəyini edərək, ölkəni çətin vəziyyətdən çıxardı. İşğal təhlükəsini aradan qaldırmaq üçün 1994-cü ildə atəşkəs müqaviləsi ilə bağlı məsələni gündəmə gətirdi və nail oldu. Atəşkəs ölkənin düşdüyü durumu aradan qaldırmaq, iqtisadiyyatın bərpa olunması, gələcəkdə torpaqların işğaldan azad olunması üçün vacib idi. Daha sonra "Əsrin müqaviləsi"nin imzalanması üçün işlər görülməyə başladı. Beynəlxalq neft şirkətləri prosesə cəlb edilməklə 1994-cü ilin 20 sentyabrında müqavilə imzalandı. Bundan sonra Azərbaycan yeni dönəmə daxil oldu. Bu dövr Azərbaycanın inkişafının başlanğıcı kimi qiymətləndirilə bilər. Azərbaycan toparlana bildi, beynəlxalq aləmin bir parçasına çevrildi. Bütün bunlar nəticəsində ordu quruculuğu və müdafiə qabiliyyəti yüksəlməyə başladı. 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsindəki uğurun başlanğıcı da elə o dövrdən qoyulmuşdu. Uğurlar ard-arda gəlməyə başladı. İkinci Qarabağ müharibəsindəki qabiliyyətin memarı Prezident İlham Əliyevdir. Eyni zamanda Heydər Əliyevin bu uğurda kifayət qədər payı var. Bu dövrə qədər ki, aparılan uğurlu siyasət nəticəsində iqtisadiyyatımız gücləndi və biz torpaqlarımızı işğaldan azad etmiş olduq".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 May 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see889

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see337

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see319

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see310

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see217

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see203

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see194

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see194

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see190

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see189

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see172

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see171

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see170

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see169

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see169

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see161

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see144

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri