Icma.az
close
up
RU
Xalqın müdrik seçimi Heydər Əliyev Deputat

Xalqın müdrik seçimi Heydər Əliyev Deputat

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycanın müstəqillik tarixində ölkəmizin və xalqımızın taleyi baxımından mühüm önəm daşıyan bir sıra hadisələr baş verib. Bunların sırasında Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtması və həmin il oktyabrın 3-də Prezident seçilməsi müstəsna əhəmiyyətə malikdir. Bu qayıdış respublikamız üçün bir qurtuluş məqamı idi". 

 Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat həmin tarixi dönəmə ekskursiya edərək bildirib ki,  müstəqilliyimizin ilk illərində Azərbaycan çox ağır vəziyyətlə üzləşmişdi. 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarının həyata keçirdiyi səriştəsiz, diletant siyasət bütün sahələrdə ölkəni çətin duruma salmışdı. Gənc respublikada ictimai-siyasi sabitlik pozulmuşdu, iqtisadiyyat iflic vəziyyətə düşmüşdü, iş yerləri bağlanmışdı, insanlar hətta gündəlik zəruri tələbat mallarını əldə etməkdə belə çətinlik çəkirdilər. Eyni zamanda, ölkədəki xaosdan istifadə edən Ermənistan təcəvüzkarlıq siyasətini genişləndirərək Azərbaycanın bölgələrini bir-birinin ardınca zəbt edirdi. İnsanların sabahkı günə ümidləri qalmamışdı və XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyin itirilməsi tam real idi. “Belə bir vəziyyətdə xalq sınanmış Lideri, o dövrdə Naxçıvanda yaşayıb çalışan  Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını təkid etdi. Vətənini çox sevən Heydər Əliyev ölkənin üzləşdiyi çətin durumda xalqının istəyinə qarşı çıxa bilməzdi və çıxmadı da. O, həmin təlatümlü dövrdə hakimiyyətə gəlməyin bütün çətinliklərini və məsuliyyətini göz önünə alaraq xalqın istəyinə razılıq verdi. Ulu Öndər 1993-cü il  iyunun 9-da Bakıya gəldi və 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu, 15 iyunda isə Azərbaycan Ali Sovetinin Sədri seçildi”, - deyə Samir Vəliyev vurğulayıb.

Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib və oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içib. Heydər Əliyev  həmçinin 1998-ci il oktyabrın 11-də baş tutan prezident seçkilərində də xalqın mütləq əksəriyyətinin etimadını qazanmağa nail olub.

Samir Vəliyev bildirib ki, Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəlib, ölkənin parçalanması təhlükəsi aradan qalxıb, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyulub. “Uzun illərin dövlət idarəçiliyi təcrübəsinə malik olan Ulu Öndər müstəqilliyimizi qorumaqla, vətəndaş həmrəyliyini təmin etməklə yanaşı, ölkədə iqtisadi inkişaf üçün münbit zəmin formalaşdırdı, beynəlxalq səviyyədə Azərbaycana münasibətdə zədələnmiş etimadı bərpa etdi. Beləliklə də, xarici investorlarda ölkəmizdə sərmayələrinin qorunacağına inam yarandı. Ulu Öndərin müstəsna səyləri sayəsində 1994 -cü il sentyabrın 20-də transmilli şirkətlərlə “Əsrin müqaviləsi”nin imzalanması ilə  ölkəmizdə davamlı inkişafın əsası qoyuldu”, - deyə Samir Vəliyev vurğulayıb.

Deputat əlavə edib ki, siyasətdə varisliyin təmin edilməsi hər bir ölkə üçün çox mühüm məsələdir. Beynəlxalq təcrübədən də bəlli olduğu kimi, siyasi kursun tez-tez dəyişməsi əksər hallarda arzuolunmaz nəticələrə gətirib çıxarır. Bu cəhətdən Azərbaycanda fərqli nümunə izlənilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin varisliyinin 2004-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirlməsi Azərbaycanı zirvələrə yüksəldib. Ölkəmizdə 2004-cü ildə baş tutan prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan İlham Əliyevə etimad göstərməsi bir tərəfdən Onun özünün cəmiyyətdə qazandığı böyük nüfuzun təsdiqi idisə, digər tərəfdən də Ulu Öndərin siyasətinə inamın ifadəsi idi. 1993-cü ilin yayında təkidlə Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasına nail olan Azərbaycan xalqı bu dəfə də müdrik seçim etmişdi. Prezident İlham Əliyev bu etimadı ən yüksək səviyyədə doğruldur. Onun ardıcıllıqla həyata keçirdiyi müdrik siyasət sayəsində Azərbaycan iqtisadi müstəqilliyə və bu əsasda siyasi müstəqilliyə nail olub. Güclü dövlətə çevrilən Azərbaycan öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam təmin edib ki, bu da ən böyük uğurumuzdur. Postmüharibə dövründə isə ölkənin ən mühüm prioritetlərindən biri kimi, işğaldan azad olunmuş ərazilərin bərpası, torpaqlarımızın minalardan təmizlənməsi və Böyük Qayıdış proqramını reallaşdırmaq müəyyənləşdirilib. Hazırda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məqsədlərə doğru inamla irəliləyir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri