Deputat: Türk dövlətlərinin ortaq müdafiə və təhlükəsizlik sisteminin yaradılması vacibdir
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Türk dövlətlərinin Qarabağın və Şərqi Zəngəzurun bərpasına verdiyi dəstək türk həmrəyliyinin əməli təzahürüdür. Bu həmrəylik yalnız siyasi deyil, mənəvi bir məsuliyyətin göstəricisidir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vasif Qafarov deyib. O bildirib ki, təşkilatının gələcək inkişafı üçün bir sıra strateji istiqamətlər xüsusi əhəmiyyət kəsb edir:
"İlk növbədə, ortaq müdafiə və təhlükəsizlik sisteminin yaradılması vacibdir. Bu məqsədlə gələcəkdə "Türk Müdafiə Alyansı"nın formalaşdırılması və vahid hərbi planlaşdırma sisteminin qurulması böyük əhəmiyyət daşıyır. Eyni zamanda, müasir dövrdə artan kibertəhlükələr fonunda "Türk Ortaq Kibermüdafiə Mərkəzi"nin yaradılması informasiya suverenliyimizin təmin olunmasına xidmət edəcək. Həmçinin, qlobal informasiya məkanında səsimizin daha aydın eşidilməsi üçün "Türk Dünyası Media Platforması"nın qurulması da zəruridir. Hesab edirəm ki, bu təşəbbüs, vahid informasiya strategiyası ilə türk dövlətlərini media sahəsində birləşdirəcək".
Mərahim Nəsib
Baxış sayı:113
Bu xəbər 10 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















