Icma.az
close
up
RU
Deputat: “Türkiyə Azərbaycanın prinsipial mövqeyindən çıxış edəcək

Deputat: “Türkiyə Azərbaycanın prinsipial mövqeyindən çıxış edəcək

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan hər zaman regional inteqrasiyanın və regionda kommunikasiyaların açılmasının tərəfdarı olub". 

Bu sözləri "Cebheinfo.az" - a açıqlamasında millət vəkili Hikmət Badaoğlu bildirib. O qeyd edib ki, əgər Ermənistan Baş naziri Nikol Paşinyanın qardaş Türkiyəyə səfərini təhlil etməyə və ona məzmun verməyə çalışsaq, bu hadisəni Azərbaycanın strateji maraqları baxımından pozitiv qiymətləndirmək olar: 

“Ancaq əgər Azərbaycanın maraqlarından kənar hər hansı bir platformada hansısa məsələ müzakirə edilərsə və ya belə bir ehtimal ortaya çıxarsa, bu, təbii ki, tərəfimizdən rəğbətlə qarşılana bilməz. Unutmaq olmaz ki, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi artıq 5 yaşını qeyd edir və bu sənəd dünya ölkələri arasında bənzəri olmayan strateji tərəfdaşlıq bəyannaməsidir. 

Azərbaycan bu bəyannaməyə daim sadiqlik nümayiş etdirib. Düşünürəm ki, Paşinyanın qardaş Türkiyəyə səfəri çərçivəsində formalaşacaq münasibət də məhz strateji müttəfiqlik, tarixi və təbii ortaq maraqlardan, “bir millət, iki dövlət” fəlsəfəsindən qaynaqlanmalıdır”. 

Deputat bildirib ki, bu münasibətlər Azərbaycanın mövqeyinin nəzərə alınmasını da özündə ehtiva etməlidir: 

“Çünki Azərbaycanın maraqlarının nəzərə alınmaması nəticə etibarilə mümkün görünmür. Eyni zamanda, qeyd etmək lazımdır ki, Paşinyanın səfərindən bir gün öncə Ermənistan parlamentinin sədri Alen Simonyan Zəngəzur dəhlizinə münasibət bildirərək, onu “yol” adlandırdı və məsələnin aktual olduğunu qeyd etdi. Amma Azərbaycanın mövqeyi ondan ibarətdir ki, istənilən adlandırmadan asılı olmayaraq, əsas olan  Naxçıvana həm dəmir yolu, həm avtomobil yolu, həm də digər kommunikasiya vasitələri ilə maneəsiz keçid imkanlarının yaradılmasıdır. Yəni burada terminologiyadan daha çox, praktik nəticə önəmlidir.

Əgər bu keçid imkanları təmin olunacaqsa, artıq onun necə adlandırılmasının xüsusi əhəmiyyəti yoxdur. Gözləyirik ki, qardaş Türkiyə bu məsələnin müzakirəsində Azərbaycanın məhz bu prinsipial mövqeyindən çıxış edəcək".

Səbinə Uğur 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyun 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri