Icma.az
close
up
RU
Azərbaycan ilə Türkiyə regionda ən etibarlı tərəfdaş kimi çıxış edir Deputat

Azərbaycan ilə Türkiyə regionda ən etibarlı tərəfdaş kimi çıxış edir Deputat

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"“Bir millət, iki dövlət” prinsipi  Azərbaycan-Türkiyə münasibətlərinin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib. Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşərək, regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir". 

Bunu "Unikal"a açıqlamasında  Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Parlamentari bildirib ki, hər iki dövlət Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir.  

"Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmaqla, diplomatik əlaqələrin bərpasında və ölkəmizin beynəlxalq aləmdə yerinin, mövqeyinin  möhkəmlənməsində mühüm rol oynayıb. Tarixi Zəfərimiz Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsində, yeni sahələr üzrə inkişafında əhəmiyyətli rol oynadı. Dünya hələ 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə bu birliyin, həmrəyliyin sarsılmazlığının şahidinə çevrildi. Dövlət başçısı İlham Əliyev iyunun 19-da qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimindəki çıxışında bir daha bu reallıqlara diqqəti yönəltdi".  

Vüqar Rəhimzadə vurğulayıb ki, 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş dəhşətli zəlzələ qardaş ölkə üçün növbəti sınaq oldu. Azərbaycan dövləti və xalqı ilk gündən qardaş ölkənin yanında oldu.  

Zəlzələdən dərhal sonra Rəcəb Tayyib Ərdoğanan  liderliyi ilə axtarış-xilasetmə işlərinə başlanıldı, ondan sonra yenidənqurma və inşaat işlərinə start verildi.  Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Dövlət başçısı İlham Əliyev vurğuladı ki, bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. 

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. Artıq bu məhəllə sakinlərini qarşıladı. Dövlət başçısı İlham Əliyev vurğuladı ki, “Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur.

Vüqar Rəhimzadə bildirib ki, hər gün Azərbaycan-Тürkiyə qardaşlığı tarixinə yeni bir uğur səhifəsini yazır. Bu, ölkələrimizin, xalqlarımızın daim bir yerdə olduğunun, hər zaman hədəflərə doğru birgə addımladıqlarının göstəricisidir. Azərbaycan ilə Türkiyə bu gün regionda və beynəlxalq müstəvidə bir-birinin ən etibarlı tərəfdaşı kimi çıxış edir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 İyun 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri