Icma.az
close
up
RU
Deputat: Uşaqların zərərli oyunlar barədə maarifləndirilməsində mətbuatın üzərinə böyük iş düşür

Deputat: Uşaqların zərərli oyunlar barədə maarifləndirilməsində mətbuatın üzərinə böyük iş düşür

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Təhsil toplumun və xalqın gələcəyini formalaşdırır. Bütün sahələrin bünövrəsi keyfiyyətli təhsildən keçir. Hansı peşənin sahibi olmasından asılı olmayaraq uğurlu təhsil kamil insan yetişdirir. Biliyi qazanmaq və ötürməklə şəxs özünü cəmiyyətdə təsdiq edir. Bu mənada məktəblərin missiyası əvəzolunmazdır. Məktəb sosial cəmiyyətdir, pedaqoq fəaliyyəti ilə birlikdə uşaqlara digər keyfiyyətlərin də aşılanması üçün yerdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Vüqar İskəndərli deyib. 
"Şəxsiyyətin yetişməsi ilə bağlı məsələ məktəbin cəmiyyət üçün dəyərini əvəzsiz edir. Hər bir dövlət təlim və tərbiyə məsələsinə xüsusi diqqət ayırmalıdır. Azərbaycanda təhsillə bağlı kifayət qədər proqramlar, qanunlar mövcuddur. Dövr sürətlə dəyişir. Və bu dəyişimdən dəyərlərin də forması dəyişir. Yeni cərəyanlar, sərhədsiz dəyərlər yaranır. Kiçik yaşda uşaqlar bu dəyişimin mənfi tərəflərini götürə, üzərində işlənilməsə həyat tərzinə çevrilə bilər.Bu məsələdə əsas risk altında olan gənclər və uşaqlardır. Virtual oyunlar arasında maarifləndirici oyunlar olsa da, xeyir və şər pararlel hərəkət edir. Hətta uşaqları həyatına son verməsi üçün təkid edəcək oyunlar bütün dünyada dolaşır. "Mavi balina" oyununa görə 2 uşaq canına qəsd etmişdi. İndi isə eşidirik ki, məktəbdə 5-ci sinif şagirdinə üzərində oyun adı olan müəmmalı kağız verilir. Həmin oyun dünyanın bir neçə yerində qadağan olunub. Təhsil verən tərəf, psixoloqlar, təhlükəsizlik və.s hər biri komplex şəkildə işləməlidir. Valideynlər də övladlarının oxuduğu məktəblə, müəllimlərlə sıx əlaqədə olmalıdırlar".
Deputatın sözlərinə görə, cəmiyyətin digər sahəsi olan mətbuat, informasiya, televiziyanın da üzərinə böyük iş düşür:
"Zərərli vərdişlərin qarşısını almaq üçün yazılar yazılmalıdır. Tv və sosial şəbəkələrdə bu sahədə mütəxəssis olan insanların çıxışları olmalıdır. Bu mövzular lakonik, maraqlı formalarda işlənməlidir, çünki uzun materiallar uşaqların fikirlərini cəlb etmir. Təbliğat məsələləri uşaqların ruhuna uyğun olaraq ciddi şəkildə aparılmalıdır. Ciddi, düşünülmüş mütəxəssis rəyləri təbliğat rolunda olmalıdır. Məktəbdə müəllimlər tərəfindən tədbirlər keçirilməli, tanınmış jurnalistlər, simalar dəvət edilməlidir. Məktəbdənkənar asudə vaxtın keçirilməsi üçün planlar qurulmalıdır. Uşaqlar həm də vətənpərvər və milli-mənəvi ruhda tərbiyə edilməlidir. Dərsdən kənar məşğuliyyət olaraq idman xüsusi yer tutur. Uşaqların idman, musiqi ilə məşğul olması onların sağlam insan kimi yetişməsində xüsusi rol oynayır".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Fevral 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri