Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Məsuliyyət Rusiyanın üzərinə düşür Deputat

Məsuliyyət Rusiyanın üzərinə düşür Deputat

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsi Qroznıda Rusiyanın Hərbi Hava Müdafiə qüvvələrinin məsuliyyətsizliyi və mülki aviasiya ilə koordinasiyalı fəaliyyət göstərməməsi nəticəsində vurulub və qəzaya uğranıb. Avtosfer.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat deyib ki, Qazaxıstanın ilkin hesabatı şəffaf hazırlanıb və qəzanın baş verməsi səbəbləri aydın şəkildə qeyd olunub:

“İlkin hesabatdan məlum olur ki, 25 dekabr 2024-ci il tarixində Bakıdan Qroznıya J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən AZAL-a məxsus təyyarəsi uçuşa yararlı vəziyyətdə olub, Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib. Təyyarə hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barədə qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb. Birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem sıradan çıxıb. Təyyarənin füzelyajında, xüsusilə şaquli və üfüqi stabilizatorlarında, habelə sol qanadda və sol mühərrikdə çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkarlanıb, foto, habelə video qeydiyyata alınıb. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılıb. Onu da qeyd etmək lazımdır ki, hələ dekabrın 25-də Rusiyanın bəzi nümayəndələri, media orqanları təyyarənin quş sürüsü ilə toqquşması, təyyarənin salonunda oksigen balonunun partlaması və bunların nəticəsində qəzanın baş verməsi barədə iddialar irəli sürürdülər. Ancaq təyyarə qəzası baş verən gün MDB Zirvə görüşündə iştirak etmək üçün təyyarə ilə Bakıdan Sankt-Peterburqa uçan və qəza barədə məlumat aldıqdan sonra geri qayırmaq barədə göstəriş verərək elə Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirən Azərbaycan Prezidenti İlham Əliyev qəzaya uğrayan təyyarənin görüntülərinə diqqət çəkmiş, məsələnin tam araşdırılmalı olduğunu bildirmişdi. Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində isə demişdi ki, təyyarə Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə alıb və idarəetməni demək olar ki, itirib. Dövlət başçısı təyyarənin radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığını, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsinin də böyük dərəcədə zədələndiyini açıqlamışdı. İlkin hesabat dövlət başçısının dediklərini bir daha təsdiqləyib”.

Azər Badamov qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsində AZAL-ın təyyarəsi xarici təsirə məruz qaldıqdan sonra “Kover” əməliyyatı elan edilməsi ilə bağlı məlumat verildiyini bildirmişdi:

“İlkin hesabatda bu da öz təsdiqini tapdı. Məlum olub ki, saat 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer “Kover” əməliyyatı barədə Qroznıya məlumat verir. Yəni Rusiya Hərbi Hava Müdafiə qüvvələri “Kovyor” əməliyyatı haqqında mülki aviasiyaya təyyarəmizi vurandan 8 dəqiqə sonra məlumat verib. Yəni bütün detallar araşdırılır və yekun hesabat elan olunacaq. Bu baxımdan təyyarəmizin qəzaya uğramasının bütün məsuliyyəti Rusiyanın müvafiq dövlət orqanları üzərinə düşür”.

Azər Badamov qeyd edib ki, Rusiyanın rəhbərliyi də müvafiq komissiyanın yekun hesabatını gözləyir:

“Bundan sonra Rusiyanın lazımı addımların atacağını düşünürəm. Yəni hər şeyi zaman göstərər. Hesab edirəm ki, Rusiya təyyarə qəzası ilə bağlı bütün məsuliyyətini öz üzərinə götürəcək və beynəlxalq normaları çərçivəsində müvafiq addımları atacaq. Çünki təyyarə qəzası iki qonşu və müttəfiq ölkə arasında yüksək səviyyədə inkişaf edən münasibətlərə kölgə salmamalıdır. Münasibətlər qarşılıqlı hörmət və səmimiyyət üzərində qurulmalı və davam etməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Fevral 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see757

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see722

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see717

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see524

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see513

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see493

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see422

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see377

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see372

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see365

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see358

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see352

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see346

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see345

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see340

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see339

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see334

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see325

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see320

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see267
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri