Deputat ətin bahalaşmasından DANIŞDI
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
"Bazarda bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə ətin bahalaşması əlavə tədbirlərin görülməsini zərurətə çevirir".
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.
"Bu istiqamətdə hər bir nazirliyin, komitənin, agentliyin yardımçı təsərrüfatlarının yaradılması faydalı ola bilər. Hər bir müəssisə, təşkilat müəyyən ehtiyat torpaq sahəsi götürüb orada kənd təsərrüfatı məhsulları yetişdirilməsinə imkan yaradarsa, bu, həm bazarda qiymətlərin aşağı salınmasına, həm xeyli insanın işlə təmin edilməsinə, həm də həmin təşkilatlarda çalışan işçilərin ucuz kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına kömək etmiş olar", - deyə deputat qeyd edib.
Baxış sayı:147
Bu xəbər 13 Mart 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















