Deputat: Valideyn öhdəliklərində ana dilinin öyrədilməsi şərti əksini tapmalıdır
Icma.az, Apa.az saytına istinadən bildirir.
Valideyn öhdəliklərində ana dilinin, Azərbaycan dilinin öyrədilməsinin vacibliyi mütləq şərt olaraq öz əksini tapmalıdır.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.
Deputat deyib ki, bəzi valideynlər uşaqları xarici dillərdə danışan dayələrə əmanət edirlər: “Nəticədə uşaq ən yaxşı halda böyüdükdə Azərbaycan dilini öyrənməyə başlayır.
Azərbaycan dilini bilməməyin hansı problemlərə səbəb olacağını hamı bilir. Uşaqların formalaşmasında və tərbiyəsində vacib rol oynayan dayə kimi çalışan şəxslərin Azərbaycan dilini bilməsi önəmlidir”.
Naqif Həmzəyev qeyd edib ki, süni intellektlə işləyən oyuncaqlarda da dil məsələsinə ciddi nəzarət tətbiq edilməlidir: “BigiOne”, “Alisa”, “Miki3”, “Loona” və.s kimi oyuncaqlarda Azərbaycan dili aktiv edilməlidir. Eyni zamanda uşaqların mavi ekrandan az istifadə etməsinə dair valideyn öhdəlikləri müəyyənləşdirilməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 28 Yanvar 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















