Icma.az
close
up
RU
Deputat: Vaşinqton razılaşmaları fövqəladə əhəmiyyət kəsb edir

Deputat: Vaşinqton razılaşmaları fövqəladə əhəmiyyət kəsb edir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 9 sentyabr, AZƏRTAC

Bu ilin avqust ayının 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar həm məzmununa görə, həm də Prezident İlham Əliyevin müstəsna liderliyinin göstəricisi kimi fövqəladə əhəmiyyət kəsb edir. Əldə edilmiş razılaşmalarla Ermənistanın 1987-ci ildə başlatdığı münaqişə və qarşıdurma səhifəsi qapanır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb, münaqişənin keçmişdə qaldığını qəbul edib, Azərbaycanın qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunkasiyasına şərait yaratmaq öhdəliyini yeniləyib və bir daha sülhə təhlükə yaradacaq addımlar atmamaq öhdəliyi götürüb. Həmçinin 30 il ərzində Azərbaycana qarşı qərəzin simvoluna çevrilmiş Minsk qrupu ləğv edilib. Beləliklə, Ermənistan və Azərbaycan arasında sülh faktiki olaraq bərqərar olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qaya Məmmədov parlamentin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda keçirilən bugünkü xüsusi iclasda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, bu nailiyyətlər, Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi və dövlətimizin başçısının müdrik, qətiyyətli liderliyi sayəsində mümkün olub.

Sülhün bərqərar olunmasının tarixi önəm daşıdığını vurğulayan deputat əlavə edib: “Sülhün bundan sonra qorunub saxlanması və möhkəmləndirilməsi əlavə səylər tələb edəcək. Eyni zamanda, Prezidentin avqustun 21-də Kəlbəcər sakinləri ilə görüşündə də qeyd etdiyi kimi, biz keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq. Etnik təmizləmə, işğal və talan siyasəti aparmış Ermənistan və onun bu əməllərini təşviq etmiş havadarları öz mövqelərini heç də xoş niyyətlərinə görə dəyişməyiblər. Onlar xalqımızın gücü və Prezident İlham Əliyevin qətiyyətli siyasəti qarşısında geri çəkilməyə məcbur olublar. Onların əsl niyyətlərinin dəyişib-dəyişmədiyini isə zaman göstərəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2012

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see195

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see144

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see137

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see126

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see125

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see124

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see123

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see123

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri