Icma.az
close
up
RU
“Vaşinqton razılaşmaları strateji tərəfdaşlıq kontekstində də önəmlidir” DEPUTAT

“Vaşinqton razılaşmaları strateji tərəfdaşlıq kontekstində də önəmlidir” DEPUTAT

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vaşingtonda əldə olunan razılaşmalar Azərbaycan parlamentində müzakirə olunub.

Bu, sənədin əhəmiyyətini və parlamentin sülh prosesində rolunu göstərir.

Həmçinin razılaşmaların beynəlxalq tərəfdaşlarla, xüsusən ABŞ və Çinlə strateji əlaqələr baxımından önəmi vurğulanıb.

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli mövzunu belə şərh edib:

“Azərbaycan parlamentində Vaşinqtonda əldə olunan razılaşmanın müzakirəsi sənədin mahiyyətindən nə qədər vacib və mühüm əhəmiyyət daşıdığını göstərir. Bu eyni zamanda Azərbaycan parlamentinin sülh məsələsində fəal iştirak etdiyini və Azərbaycan dövlətinin mövqeyinə dəstək verdiyini açıq şəkildə ifadə edir.

Parlamentdə müxtəlif siyasi təşkilatlar təmsil olunub və fərqli yanaşmalar mövcuddur, lakin milli məsələlərə və sülh prosesinə münasibətdə, həmçinin cənab prezidentin bu istiqamətdə göstərdiyi səylərə dair vahid mövqe var. Bu vahid mövqe həm 44 günlük müharibə dövründə, həm də daha sonraki zamanlarda özünü göstərib.

Bu gün də Azərbaycan parlamenti hakimiyyətin önəmli qollarından biri kimi bu prosesdə aktiv rol oynayır və ölkənin sülh prosesində iştirakını əks etdirən mövqeyini ifadə edib. Qənaətimə görə, orada səsləndirilən fikirlər bütövlükdə Azərbaycan cəmiyyətinin sülh prosesinə verdiyi dəstəyin nümayişi kimi qiymətləndirilə bilər”.

Deputat vurğulayıb ki, Vaşinqtonda əldə olunan razılaşmalar yalnız Azərbaycan və Ermənistan arasında baş vermiş proses kimi qiymətləndirilməməlidir:

“Sənəd daha geniş bir yanaşma tələb edir. Burada ABŞ-la münasibətlərin genişləndirilməsi və strateji tərəfdaşlığın əldə olunması barədə razılaşmalara da xüsusi diqqət yetirmək lazımdır. Bu razılaşmalar eyni zamanda Azərbaycan liderinə ABŞ dövlət başçısı tərəfindən verilmiş yüksək qiymətin göstəricisidir və ölkəmizin beynəlxalq münasibətlər sistemində, ABŞ üçün strateji tərəfdaş kimi əhəmiyyətini təsdiqləyir.

Azərbaycanla Ermənistan arasında Donald Trumpın şahidliyi ilə imzalanmış razılaşmalar və sənədlərin paraflanması, nəticə etibarilə, son illərdə Azərbaycanın diplomatik sahədə əldə etdiyi ən böyük uğurlardan biri kimi qiymətləndirilə bilər. Qənaətimə görə, bu məsələyə kompleks yanaşmaq vacibdir.

Ən müxtəlif qütblərin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində həyata keçirilən hərbi-siyasi addımları, siyasətin nəticələrini qəbul etməsi diqqətəlayiqdir. Çin və ABŞ kimi güclər artıq ölkəmizin ərazi bütövlüyü məsələsində və Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında birmənalı mövqelərini ifadə edirlər ki, bu həm Çin, həm də Azərbaycanın diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilə bilər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Sentyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri