Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Deputat xəstəxanalara kiberhücumlarla bağlı məsələ qaldırdı

Deputat xəstəxanalara kiberhücumlarla bağlı məsələ qaldırdı

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli iyulun 7-də parlamentdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu gün artıq informasiya təhlükəsizliyi yalnız texniki məsələ deyil: “Bu, milli təhlükəsizliyin, iqtisadi sabitliyin, dövlət idarəçiliyinin və vətəndaşların hüquqlarının qorunmasının ayrılmaz tərkib hissəsidir. Dövlət xidmətlərindən bank əməliyyatlarına, səhiyyədən təhsilə qədər bütün sahələr rəqəmsal platformalara əsaslanır. Deməli, həmin platformaların təhlükəsizliyi də dövlətin strateji prioritetlərindən biri olmalıdır”.

Deputat bildirib ki, qanun layihəsinin əsas üstünlüyü ondan ibarətdir ki, ilk dəfə olaraq “informasiya təhlükəsizliyi”, “kibertəhlükəsizlik”, “kritik informasiya infrastrukturu”, “Milli CERT”, “SOC”, “rəqəmsal tədqiqat”, “rəqəmsal dəlil” kimi anlayışlar vahid hüquqi sistem daxilində dəqiq müəyyən edilir və onların fəaliyyət mexanizmləri tənzimlənir:  

“Mən həkim və Səhiyyə komitəsinin üzvü kimi xüsusilə qeyd etmək istərdim ki, səhiyyə sektoru artıq ən həssas informasiya sistemlərindən biridir. Elektron xəstəlik tarixçələri, laborator məlumatlar, tibbi sığorta sistemləri və telemedisina xidmətləri kibertəhlükəsizliyin yüksək səviyyədə təmin edilməsini zəruri edir. Tibb müəssisələrinə yönələn kiberhücumlar yalnız məlumat itkisinə deyil, bəzən insanların həyat və sağlamlığı üçün də real təhlükə yarada bilər. Bu baxımdan layihənin müddəaları səhiyyə sisteminin rəqəmsal dayanıqlığını gücləndirmək baxımından da xüsusi əhəmiyyət daşıyır”.

Müşfiq Məmmədli digər mühüm yenilik kimi rəqəmsal inkişaf layihələrinin əlaqələndirilməsi və maliyyələşdirilməsinə dair vahid yanaşmanın tətbiq edilməsini göstərib: “Bu yanaşma dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə, layihələrin təkrarlanmasının qarşısının alınmasına və rəqəmsal inkişaf sahəsində vahid dövlət siyasətinin formalaşmasına xidmət edəcək№. 
Deputat hesab edir ki, bu qanun layihəsi Azərbaycanın rəqəmsal inkişaf strategiyasına, milli kibertəhlükəsizlik siyasətinə və dövlət idarəçiliyinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlara tam uyğun gəlir.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 İyul 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see344

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see288

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see288

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see287

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see275

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see267

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see264

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see263

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see249

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see249

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see243

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see233

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see230

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see227

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see226

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see226

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see220

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see208

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see198

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri