Icma.az
close
up
RU
Deputat parlamentdə torpaqların istifadəsi ilə bağlı məsələ qaldırdı

Deputat parlamentdə torpaqların istifadəsi ilə bağlı məsələ qaldırdı

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycanda ən ciddi və sistemli problemlərdən biri torpaqdan təyinatı üzrə istifadə olunmamasıdır. Qanunvericilikdə müəyyən olunmuş torpaq kateqoriyaları ilə faktiki istifadə arasında fərqlər, torpaqdan kommersiya məqsədi ilə sui-istifadə halları və xüsusilə kənd təsərrüfatına yararlı torpaqların təyinatı üzrə istifadə olunmaması və ya istifadəsiz qalması reallıqlar sırasında yer almaqdadır. Bu da öz növbəsində iqtisadi itkilərə, bəzən isə hüquqi çəkişmələrə gətirib çıxarır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

O xatırladıb ki, 2023-cü ilin rəsmi məlumatlarına görə, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahələrinin ümumi həcmi 4,8 milyon hektara yaxın olsa da, onların bir hissəsi ya təyinatı üzrə istifadə olunmur və ya faktiki olaraq istifadəsiz qalır:

“Digər tərəfdən, bir çox hallarda hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim olunan sənədlərlə dövlət torpaq kadastrında saxlanılan məlumatlar arasında uyğunsuzluq müşahidə olunur. Bu isə mülkiyyət və ya istifadə hüquqlarının rəsmiləşdirilməsində ciddi çətinliklər yaradır, prosesin uzanmasına və nəticədə müxtəlif instansiyalar arasında ziddiyyətli qərarların meydana çıxmasına səbəb olur.

Hazırda mövcud qanunvericilik bu kimi hallarda necə davranmaq lazım olduğunu dəqiq göstərmir. Bu isə həm vətəndaşların, həm də qeydiyyat orqanlarının hüquqi baxımdan qeyri-müəyyən vəziyyətə düşməsinə gətirib çıxarır. Bəzən bu məsələ subyektiv inzibati mülahizəyə əsasən həll olunur, bəzən isə məhkəmə çəkişmələri ilə nəticələnir”.

Deputat bildirib ki, yanlışlığı sübuta yetirilən sənədlərə görə, sadəcə qeydiyyatdan imtina yetərli deyil:

“Sənədlərdə yol verilən yanlışlıqların səbəblərinin araşdırılması və yanlışlığın bilərəkdən törədildiyi sübuta yetirildiyi halda inzibati məsuliyyətin müəyyənləşməsi də zəruridir. Əks təqdirdə, bu, məsuliyyətsizlik və cəzasızlıq mühitinin formalaşmasına zəmin yarada bilər.

Bu yanaşma beynəlxalq təcrübəyə də tam uyğundur. Avropa İttifaqında torpaqdan istifadə və təyinat məsələləri “Torpaq Sahələrinin İdentifikasiyası Sistemi” (Land Parcel Identification System) və digər inteqrasiya olunmuş sistemlər vasitəsilə nəzarətdə saxlanılır. Türkiyədə isə “Toprak Koruma və Arazi Kullanımı” haqqında qanun torpaqdan sui-istifadə istifadə hallarına qarşı inzibati tədbirlərin görülməsini nəzərdə tutur”.

E.Mirzəbəyli qeyd edib ki, nəticə etibarilə, qanun layihəsi torpaqların hüquqi statusuna dair qeyri-müəyyənliklərin aradan qaldırılması, qeydiyyat proseslərinin şəffaflaşdırılması və torpaq resurslarından təyinatı üzrə səmərəli istifadə olunmasına xidmət edir.

“Bu isə iqtisadi baxımdan səmərəliliyin artmasına, hüquqi baxımdan isə mübahisələrin və ziddiyyətli qərarların qarşısının alınmasına imkan verəcək”, - deyə o fikrini tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 İyul 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri