Icma.az
close
up
RU
Deputat: “Xocalı soyqırımı insanlıq əleyhinə ən böyük cinayətlərdəndir”

Deputat: “Xocalı soyqırımı insanlıq əleyhinə ən böyük cinayətlərdəndir”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Etnik təmizləmələr, terrorizm aktları və soyqırımlar Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir”. 

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, qondarma “Miatsum” ideyalarının əsirinə çevrilmiş ermənilər iki əsrdir davamlı olaraq xalqımıza qarşı qətliamlar və ağlasığmaz vəhşiliklər törədiblər: 

“Xocalı soyqırımı həmin faciələrdən biri və ən dəhşətlisidir. 1992-ci il 26 fevral tarixində Ermənistan silahlı birləşmələri və onlara dəstək verən Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən məqsədyönlü şəkildə dinc əhaliyə qarşı soyqırım həyata keçirildi. Həmin gecə Xocalı erməni barbarlığına məruz qaldı. Azğınlaşmış düşmən bütün beynəlxalq hüquq normalarını, müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı Dördüncü Cenevrə Konvensiyasını kobud şəkildə pozaraq bəşəriyyətə əsl simasını nümayiş etdirdi”. 

Millət vəkili vurğulayıb ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, insanlıq əlehinə ən böyük cinayətlərdən biridir: 

“Soyqırımı nəticəsində 613 dinc sakin, o cümlədən 106 qadın, 70 qoca və 63 uşaq məhz etnik mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirildi, meyitlər üzərində müxtəlif təhqiredici hərəkətlərə yol verildi. Bununla yanaşı, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi, 487 nəfər ağır yara aldı, 1275 nəfər isə girov götürüldü”. Deputat diqqətə çatdırıb ki, Xocalı soyqırımına ilk siyasi və hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib: 

“Onun təşəbbüsü əsasında 26 fevral Xocalı Soyqırımı Günü elan olundu və onun qətiyyətli, prinsipal mövqeyi sayəsində dünya ictimaiyyəti bu faciəni tanımağa başladı. Eyni rasional yanaşma, eyni qətiyyətli siyasət cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. “Xocalıya ədalət” kompaniyası çərçivəsində bir çox dövlət üzləşdiyimiz faciəyə siyasi qiymət verir və Xocalı soyqırımı qəti şəkildə pislənilir. 

Rəsmi İrəvan beynəlxalq hüququn tələbləri çərçivəsində Xocalı faciəsi ilə əlaqədər bütün lazımi öhtəlikləri üzərinə götürməlidir. Qarşılaşdığımız bütün çətinliklərə, işğallara rəğmən dövlətimiz ayaqda qalmağı bacardı və qüdrətli Azərbaycan olmaq yolunda inamla irəlilədi. 

Xalq, ordu və Ali Baş Komandan vəhdəti torpaqlarımızda hökm sürən erməni vandalizmini, separatizmini dəf etməyi bacardı, suverenliyimiz təmin olundu. Vətənimizin dilbər guşələrindən biri olan Xocalıda artıq ən müasir standartlara cavab verən yeni infrastruktur layihələri reallaşdırılır, Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlər öz doğma torpaqlarına qayıdır, həyat canlanır və düşmənə göz dağı olan yeni bir şəhər formalaşır”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Soyqırım Xocalı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Fevral 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri