Icma.az
close
up
RU
Xocalı soyqırımı: insanlıq əleyhinə törədilmiş dəhşətli faciə

Xocalı soyqırımı: insanlıq əleyhinə törədilmiş dəhşətli faciə

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən Azərbaycanlılara törədilmiş cinayətlər, kütləvi qırğınlar, 200 il ərzində aparılmış etnik təmizləmə siyasəti sovet dövründə də davam etmişdir. Qədim Azərbaycan torpaqlarında yaradılan bir dövlət bizdən qopardıqları ərazilərimizlə kifayətlənməyərək “dənizdən dənizə böyük Ermənistan” xülyası ilə daha böyük ərazilər ələ keçirmək niyyətində idi. Sərsəm ideologiyalarını reallaşdırmaq naminə müxtəlif hiylələrə, siyasi və diplomatik təzyiqlərə əl ataraq Qarabağı Azərbaycandan ayırmaq üçün 1923-cü il iyulun 7-də Sovet hakimiyyəti altında Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına nail oldular. Siyasi dəstək və SSR rəhbərliyinin himayəsindən istifadə edən mənfur qonşularımız 1948-1953-cü illərdə Ermənistanda yaşayan 150 min azərbaycanlını öz tarixi torpaqlarından qovaraq dövrün ilk deportasiya siyasətlərini reallaşdırdılar. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində yaradılsa da, 1960-70-ci illərdə erməni millətçilərinin Qarabağı Azərbaycandan ayıraraq Ermənistana birləşdirmək üçün müxtəlif separatçı cəhdləri daha da aktivləşdi. Bu cəhdlərin qarşısı yalnız 1969-cu ildə Azərbaycan SSR-nin rəhbəri seçilən Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində alındı. Hakimiyyətdə olduğu dövrlərdə onun rəhbərliyi altında Dağlıq Qarabağın iqtisadi və sosial-mədəni inkişafına xüsusi diqqət yetirilmiş, bölgədə yaşayan əhalinin rifahı yüksəldilmişdir. Heydər Əliyev tərəfindən partiya və sovet orqanlarının, ictimai təşkilatların fəaliyyətinin düzgün təşkili nəticəsində ermənilərin separatçı fəaliyyətləri nəzarət altına alındı. Dahi şəxsiyyət həmin dövrdə erməni millətçilərinin niyyətlərini yaxşı anlayır və onların qarşısını almaq üçün qətiyyətli addımlar atırdı. O, Azərbaycanın milli maraqlarını hər zaman uca tutaraq erməni iddialarının iflasa uğramasına nail olurdu. Lakin Heydər Əliyevin 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra erməni millətçiləri Moskvanın dəstəyi ilə Qarabağın Azərbaycandan qoparılması istiqamətində növbəti aqressiv addımlar atmağa başladılar. 80-ci illərin sonlarında ümumilikdə 250 mindən çox azərbaycanlını öz yurdlarından qovaraq özünü monoetnik dövlətə çevirən Ermənistan növbəti aqressiv addımları ilə bölgədə gərginliyin artmasına və silahlı münaqişələrin başlanmasına səbəb olaraq Qarabağda başlatdığı hadisələrlə növbəti etnik təmizləmə siyasətini reallaşdırdı. Qarabağ hadisələri zamanı yüz minlərlə soydaşımız öz dədə-baba torpaqlarından didərgin salındı, on minlərlə günahsız insan qətlə yetirildi, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizin izləri məqsədli şəkildə məhv edildi. Bütün beynalxalq hüquq normalarını heçə sayaraq ərazilərimizi özlərinə birləşdirməyə çalışaraq məqsədlərini reallaşdırmaq naminə bütün vəhşiliklərə hazır olan ermənilər Xocalı şəhərində törətdikləri soyqrımla növbəti aqressiyalarını bütün dünyaya nümayiş etdirdilər.

25-26 fevral 1992-ci il tarixlərində Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalını işğal edərək burada yaşayan dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törətdi. Bu faciə Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olmaqla yanaşı insanlıq əleyhinə törədilmiş ağır cinayətlərdən biri kimi tarixin qanlı səhifələrinə yazıldı. 7 minə yaxın insanın yaşadığı Xocalı Qarabağın mühüm yaşayış məntəqələrindən biri olmaqla yanaşı həm də bölgədəki yeganə hava limanına sahib olduğu üçün strateji baxımdan böyük əhəmiyyət daşıyırdı. 1991-ci ildən etibarən erməni silahlı qüvvələri Xocalını tam mühasirəyə almış və şəhərin xarici dünya ilə əlaqəsini kəsmişdi. Fevralın 25-dən 26-na keçən gecə ağır artilleriya və tanklardan istifadə edilməklə şəhərə hücum edilməsi nəticəsində dinc əhali kütləvi qırğına məruz qaldı. Xocalı faciəsi nəticəsində 613 nəfər amansızcasına qətlə yetirildi, 106 qadın, 63 uşaq və 70 qoca öldürüldü, 1275 nəfər əsir götürüldü, onlardan 150-sinin taleyi bu günə qədər məlum deyil, 487 nəfər ağır yaralandı, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Törədilmiş qırğın zamanı insanlar xüsusi amansızlıqla qətlə yetirilmiş, bəziləri diri-diri yandırılmış, bədən üzvləri kəsilmiş və müxtəlif işgəncələrə məruz qalmışdır. Bu faktlar hadisə şahidlərinin ifadələri və müxtəlif beynəlxalq təşkilatların hesabatları ilə təsdiqlənmişdir. Bu soyqırımın insanlığa qarşı cinayət kimi qiymətləndirilməli olduğu halda uzun illər ərzində beynəlxalq təşkilatlar faciəyə lazımi hüquqi və siyasi qiymət verməmişlər. Yalnız Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu hadisənin dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl fəaliyyətlər həyata keçirilmişdir. Dövlətimiz tərəfindən qeyd olunan istiqamətdə həyata keçirilmiş tədbirlər, görülmüş işlər, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində bir çox ölkədə Xocalı soyqırımı ilə bağlı keçirilmiş tədbirlər soyqırımın beynəlxalq səviyyədə tanınması üçün mühüm addımlar olmuşdur. Hal-hazırda Meksika, Pakistan, Əfqanıstan, İndoneziya, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Ruminya, Sudan, Panama, Qvatemala, Latviya, İordaniya, Sloveniya, Şotlandiya, Xeybər, Paraqvay, Cibuti Respublikası, ABŞ-ın 24 ştatı (Arizona, Arkansas, Konnektikut, Florida, Corciya, Havay, Aydaho, İndiana, Men, Massaçusets, Minnesota, Missisipi, Montana, Nebraska, Nyu-Cersi, Nevada, Nyu-Meksika, Oklahoma, Pensilvaniya, Tennessi, Texas, Yuta, Qərbi Virciniya və Viskonsin ştatları) və bir sıra beynəlxalq təşkilatlar Xocalı qətliamını soyqırımı kimi tanımış, bu faciəni pisləyən bəyanatlar qəbul etmişlər.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbəmizdən sonra 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan bütün ərazilərini tam nəzarətə götürərək öz suverenliyini bərpa etdi. Vandalizm nəticəsində xarabalığa çevrilmiş bütün işğaldan azad edilmiş ərazilərdə, o cümlədən, Xocalıda artıq yenidənqurma işləri tam sürətlə aparılır və öz doğma yurdlarından məcburi çıxarılmış soydaşlarımız dədə-baba yurdlarına geri dönürlər. “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində artıq Xocalı şəhərinə də vətəndaşların köçürülməsi prosesi başlayıb və əhali öz doğma yurdlarında məskunlaşdırılır. Bütün bunlar xalqımızın məğlubiyyətlə barışmamasının, şəhidlərimizin qisası, torpaqlarımızın işğaldan azad edilməsi əzmi ilə yaşayan vətənpərvər millətimizin əzminin və Ali Baş Komandanımızın qətiyyətinin, siyasi iradəsinin və səriştəli Liderliyinin nəticəsidir. Dövlətimiz artıq güclü orduya, iqtisadiyyata və beynəlxalq arenada yüksək nüfuza malik bir dövlət olaraq bütün dünyaya öz gücünü nümayiş etdirib. Güclü iradəyə malik bir Liderimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız Xocalı faciəsi kimi bir cinayəti törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verməsi üçün mübarizəsini daim davam etdirəcək. Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir. Bu faciə bir daha göstərdi ki, beynəlxalq hüquq və insan haqqları pozulduqda, dünya birliyi buna laqeyd qalmamalıdır. Xocalıya ədalət tələb etmək təkcə Azərbaycan xalqının deyil, bütün vicdanlı insanların borcudur. Xocalı faciəsini unutmaq mümkün deyil və biz ədalətin bərqərar olunması üçün mübarizəmizi davam etdirməliyik.
Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşıdır və heç vaxt unudulmayacaq!

İlkin Əliyev
YAP Zərdab rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri