Icma.az
close
up
RU
Deputat: “Xocalı yaralarını Böyük Qayıdışımızla sağaldırıq”

Deputat: “Xocalı yaralarını Böyük Qayıdışımızla sağaldırıq”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bu gün ağrılı-acılı Xocalı faciəsindən 33  il ötür. Artıq beşinci ildir ki, həmin günü qalib xalq kimi anırıq”. 

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

O xatırladıb ki, bu dəhşətli faciə gecə tam 33 il əvvəl, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə yaşandı:

“Bütün yollar bağlandı və Xocalıda dünyanın görmədiyi vəhşiliklə insanlar qətlə yetirildilər. Bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə keçdi. Dinc, silahsız yüzlərlə xocalılı- qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak oldu. Minlərlə insan yaralandı, xəsarət aldı, şikəst oldu, əsir düşdü. Mənfur ermənilər Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq istəsələr də, buna nail ola bilmədilər. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla barışmaz mövqeyimizi sarsıda bilmədi. 

2020-ci il sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu öz gücünü göstərdi. İşğal altında olan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində azadlığa qovuşdu. Azərbaycanın işğal olunmuş torpaqları, Qarabağımız böyük şücaətlə düşməndən azad edildi. Ordumuz Azərbaycanın Zəfər tarixini xalqımızın yaddaşına qızıl hərflərlə yazdı. 44 günlük Vətən müharibəsindən sonra xalqımızın illərdir həllini həsrətlə gözlədiyi Qarabağ problemi, nəhayət, öz həllini tapdı və torpaqlarımız öz əzəli sahiblərinə qayıtdı”. 

Millət vəkili vurğulayıb ki, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı, günahsız soydaşlarımızın qanı yerdə qalmadı:

“Bununla da şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su səpdilər. Vətənimizin mərd oğulları döyüş meydanında Xocalı cəlladlarını məhv etdilər, faşist xislətli ermənilərə heç zaman yadlarından çıxarmayacaqları dərs verdilər. Şəhidlərimizin uzun illər boyunca Xocalıda narahat gəzən ruhları artıq şaddır. 

Lakin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin də dediyi kimi, biz heç nəyi unutmadıq və unutmayacağıq. Biz informasiya silahımızı heç bir zaman yerə qoymamalıyıq, həqiqətimizi var gücümüzlə hər bir dünya insanına çatdırmalı, ədalətimizi tələb etməliyik. 

Əslində, bu, tək Azərbaycan xalqının haqqı deyil, həm də sülhsevər bəşəriyyətin haqqıdır. Yer üzündə bir daha Xocalı soyqırımı kimi dəhşətli qətliamlar olmamalıdır. Vətəndaşlar, insanlar milli, dini mənsubiyyətinə, irqlərinə görə qətlə yetirilməməlidir. Dünyanın Xocalı soyqırımına qiymət verməsi, Xocalı soyqırımını törədənlərin öz cəzasını alması təkcə Azərbaycanın və azərbaycanlıların deyil, ilahi ədalətin və hüququn tələbidir”.

Deputat qeyd edib ki, Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır:

“XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı soyqırımı haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün də uğurla davam etdirilir. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edən Ulu Öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulayıb, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərib. 

“Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu Türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”,- deyən Prezident İlham Əliyevin birbaşa səyi nəticəsində bu gün dünyanın bir sıra dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. 

Xocalı soyqırımını indiyədək dünyanın 16 ölkəsi və ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatının 57 ölkəsi tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb və pisləyib. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Təbii ki, bu, çətin bir prosesdir”.

Jalə Əliyeva onu da diqqətə çatdırıb ki, soyqırımla bağlı məlumatı qısa müddət ərzində bütün dünyaya yaymağın özü də çətin və mürəkkəb işdir:

“Heydər Əliyev Fondu, şəxsən onun rəhbəri Mehriban xanım Əliyeva və Leyla xanım Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır. “Xocalıya ədalət!” bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran mənəvi bir cəbhədir. 

“Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. Faciənin mənəvi və siyasi-hüquqi baxımdan tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. 

Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Bu gün “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə səsləyir. 

Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə dəvət etməkdir. 

Həmçinin, beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir”. 

Jalə Əliyeva vurğulayıb ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər:

“Heç bir cinayət, xüsusilə də insanlığa qarşı törədilmiş cinayət cəzasız qalmamalıdır və qalmayacaq. Əminik ki, Xocalıda dinc əhalinin qırğınına səbəb olmuş, bu əməllərin törədilməsində iştirak etmiş, eləcə də onlarla əlbir olan, onlara kömək və havadarlıq edənlərin hər biri layiq olduqları cəzalarını  alacaqlar. Xocalı bu gün azaddır. Xocalı bu gün əzəli sakinlərini qəbul edir. Xocalı yenidən qurulur. Xocalıya həyat gəlib. 

Xocalının yaralarını bu gün o torpaqlardakı varlığımızla, Böyük Qayıdışımızla sarıb, sağaldırıq! Lakin bu qanlı faciəni heç zaman unutmayacaq və unutdurmayacağıq! Allahdan bütün şəhidlərimizə - o dəhşətli gecənin qurbanı olan günahsız körpələrimizə, ana - bacılarımıza, ata- qardaşlarımıza, bütün igid oğul - qızlarımıza  rəhmət diləyirik.  Rahat uyuyun! Qisasınız alındı!”.

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Fevral 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri