Deputat: “Xocalıya Ədalət” kampaniyası dönüş nöqtəsi olub
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mehriban xanım Əliyevanın Azərbaycan dövlətinin beynəlxalq aləmdə tanınması, ölkəmizin humanitar diplomatiyasının güclənməsi və Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində fəaliyyəti xüsusi önəm daşıyır. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr, o cümlədən qlobal humanitar kampaniyalar Azərbaycanın beynəlxalq gündəmdə humanist dəyərlər, ədalət və həqiqət prinsipləri ilə tanınmasına ciddi töhfə verib.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında deputat Asif Əsgərov səsləndirib.
Deputat bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə reallaşan "Xocalıya Ədalət" beynəlxalq kampaniyası Xocalı faciəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında dönüş nöqtəsi olub. Bu kampaniya sayəsində yüzlərlə ölkədə müxtəlif tədbirlər keçirilib, kütləvi informasiya vasitələrində məlumatlandırma işi aparılıb, Xocalı soyqırımının mahiyyəti barədə beynəlxalq auditoriyaların məlumatlılığı artıb.
Asif Əsgərov çıxışında həmçinin qeyd edib ki, Azərbaycanın diplomatik səyləri və informasiya mübarizəsində qətiyyətli addımlarının nəticəsi olaraq bu gün dünya ictimaiyyəti Xocalı faciəsi ilə bağlı daha dolğun, faktlara əsaslanan təsəvvürə malikdir. O vurğulayıb ki, hazırda Azərbaycan tarixi ədalətin bərpası fonunda qətiyyətli mövqe nümayiş etdirir və 44 günlük Vətən müharibəsindəki qələbə nəticəsində torpaqlarının işğaldan azad olunması ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirib.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 24 Fevral 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















