Icma.az
close
up
RU
Deputat: “Zəfərin 5 ci ildönümü paradı Azərbaycanın gücünü bir daha göstərdi”

Deputat: “Zəfərin 5 ci ildönümü paradı Azərbaycanın gücünü bir daha göstərdi”

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Nigar Məmmədova: “Türkiyə və Pakistanın iştirakı türk və islam dünyasına həmrəylik mesajı idi”

“Paradda qardaş Türkiyə ilə Pakistanın da iştirakı türk və islam dünyasına həmrəylik mesajı idi",

Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib. 

Deputatın sözlərinə görə, Vətən müharibəsində Zəfərin 5-ci ildönümünə həsr olunmuş Hərbi Parad növbəti dəfə Azərbaycanın gücünü göstərib:

"Paradda Azərbaycan Ordusunun arsenalına yeni hərbi texnikaların əlavə edildiyinin də şahidi olduq və bu texnikalar ilk dəfə məhz bu paradda nümayiş olundu. Parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi. Budəfəki paradda qardaş Türkiyə ilə Pakistanın da iştirakı növbəti birlik nümunəsi, həmçinin türk və islam dünyasına həmrəylik mesajı idi.Qarabağın azadlığı bütün türk və islam dünyasının qürur mənbəyidir. 44 günlük savaşda mənəvi-siyasi dəstəklə Azərbaycanın yanında olan Ankara və İslamabad bu gün də bu dəstəyi davam etdirir. Cənab Prezidentin söylədiyi kimi, “bu, üç ölkənin – Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin növbəti təzahürüdür”. Azərbaycan isə dost-qardaş dəstəyini hər zaman yüksək qiymətləndirir.Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin başlamasının əsas siyasi və hərbi səbəblərinə diqqət çəkdi. Bəyan etdi ki, uzun müddət davam edən danışıqların nəticə verməməsi müharibəni qaçılmaz edirdi. Bu vəziyyət sona qədər davam edə bilməzdi. Ermənistan isə öz xoşu ilə bizim tarixi torpaqlarımızdan çıxmaq niyyətində deyildi. Düşmənin havadarlarının da niyyəti bəlli idi – Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. Heç şübhəsiz, Azərbaycan xalqı və dövləti bu işğalla barışa bilməzdi və barışmadı".

N. Məmmədova qeyd edib ki, Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə tam hazır idi:

" Biz həm hərbi, həm siyasi-iqtisadi, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən buna hazır idik.Ali Baş Komandanın da söylədiyi kimi, “biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi.” Təbii ki, Azərbaycanda ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, vətənpərvər gənc nəsil, xalq-iqtidar birliyi də qələbəmizi şərtləndirən əsas amillərdən biri idi. Azərbaycan Silahlı Qüvvələri isə tam döyüş hazırlığı vəziyyətində idi. Dünyanın 50 ən güclü ordusundan biri kimi istənilən tapşırığın öhdəsindən gələ bilərdi. “Yeni torpaqlar uğrunda yeni müharibə” niyyətinə düşən Ermənistan ordusunu darmadağın etmək elə də çətin deyildi. Hər günü qələbə ilə yadda qalan 44 günlük Vətən müharibəsinin gedişi bunu bir daha təsdiqlədi. Beləliklə, Azərbaycan döyüş meydanında qalib gəlməklə bütün dünyada güclü dövlət, müzəffər xalq kimi tanındı və qəbul edilib.Azərbaycan şanlı Zəfərdən ötən 5 il ərzində daha da güclənib. Müharibənin qalibi olan Azərbaycan həm də sülhün qalibidir. İşğaldan azad olunmuş ərazilərimizin sürətli bərpası, Böyük Qayıdışın təmin olunması Azərbaycanın gücünün göstəricisidir.Təsadüfi deyil ki, qardaş Türkiyə Azərbaycanın Zəfərini Qafqazda davamlı sülhə gedən yolun məhək daşı kimi qiymətləndirir. Rəcəb Tayyib Ərdoğan regionda sülhün bərqərar olmasının Asiyadan Avropaya qədər bütün bölgənin rifahına xidmət edəcəyini bildirib.Dost Pakistan isə Azərbaycanın bu qələbəsini “suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin təntənəsi, ümid yeri” hesab edir. Beləliklə, Azərbaycan Zəfərin 5-ci ildönümündə növbəti yüksək səviyyəli hərbi parad təşkil etməklə hərbi-siyasi, eləcə də iqtisadi qüdrətini nümayiş etdirmiş oldu".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Noyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see210

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see152

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see151

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see144

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see135

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri