Icma.az
close
up
RU
Bu, Azərbaycanın gücünü, birliyini bütün dünyaya göstərdi Deputat

Bu, Azərbaycanın gücünü, birliyini bütün dünyaya göstərdi Deputat

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“18 oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın yaddaşına əbədi həkk olunmuş tarixi bir gündür. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız öz müstəqil dövlətini bərpa etdi. Bu sənəd əsrlər boyu azadlıq, milli kimlik və dövlətçilik uğrunda mübarizə aparan Azərbaycan xalqının tarixi arzusunun reallaşması idi”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı hələ 1918-ci ildə Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətini yaratmaqla dövlət quruculuğu ənənələrinə sahib olduğunu bütün dünyaya sübut etmişdi:
“Lakin cəmi 23 ay sonra müstəqilliyin itirilməsi xalqımızın azadlıq amalını sönməyə qoymadı. 1991-ci ildə Sovet imperiyasının dağılması ilə yaranan tarixi şəraitdən istifadə edən xalqımız yenidən öz istiqlalına qovuşdu. Müstəqilliyin bərpası ilə Azərbaycan dövlətçiliyi yeni mərhələyə qədəm qoydu və xalqımız tarixin ən şərəfli səhifəsini yazdı”, - vurğulayıb.
 Deputat xatırladıb ki, müstəqilliyin ilk illəri Azərbaycan üçün ağır sınaqlar dövrü oldu: 
“Dövlətçiliyin bərpası ilə yanaşı, ölkə daxili çəkişmələr, iqtisadi böhran, xarici təzyiqlər və Ermənistanın təcavüzü ilə üz-üzə qaldı. Xalqımızın azadlıq arzusu təhlükə altına düşdüyü bir zamanda Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası milli dövlətçiliyimizi xilas etdi. 1993-cü ildə xalqımızın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, anarxiya və xaosdan qorudu, dövlətin dayaqlarını möhkəmləndirdi, siyasi sabitlik və ictimai etimadı bərpa etdi. Ulu Öndərin müdrik rəhbərliyi ilə qəbul edilən Yeni Konstitusiya, milli ordu quruculuğu, iqtisadi islahatlar və müstəqil xarici siyasət Azərbaycanın dövlət müstəqilliyinin sarsılmaz əsasını yaratdı.
Ümummilli Lider Heydər Əliyev uzaqgörənliklə  deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır”. Bu ideya bu gün də milli ideologiyamızın bünövrəsini təşkil edir. Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq regionun lider dövləti, qlobal miqyasda isə etibarlı tərəfdaş kimi tanınır. Müstəqilliyimizin real məzmunu cənab İlham Əliyevin 22 illik prezidentliyi dövründə daha da dərinləşib, bu gün ölkəmiz güclü iqtisadiyyata, qüdrətli orduya və qətiyyətli siyasi iradəyə malikdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə əldə edilən tarixi Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası dövlət müstəqilliyimizin ən parlaq təcəssümüdür. Bu Qələbə ilə Azərbaycan həm öz suverenliyini möhkəmləndirdi, həm də müstəqil dövlət kimi gücünü, birliyini və əzmini bütün dünyaya göstərdi”, - deputat Salmanova söyləyib.
Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri