Deputata məxsus olduğu deyilən şirkət Naxçıvandan yarım milyonluq sifariş aldı
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublika Xəstəxanası ilə "Azəri Med" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə 487.539,04 AZN-lik müqavilə imzalanıb.
İmzalanan müqavilə reaktivlərin satınalınması ilə bağlıdır.
"Azəri Med" QSC tibb sektorunda fəaliyyət göstərən iri şirkətlərdən biridir. Şirkət əsasən tibbi avadanlıqların satışını həyata keçirir.
2004-cü ildə təsis edilən "Azəri Med" QSC-nin nizamnamə kapitalı 10 000 manatdır. Şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur. Lakin "Azəri Med" QSC-nin əsl sahibi kimi deputat Kəmaləddin Qafarovun adı çəkilir.
Şirkət haqqında yayılan və təkzib edilməyən məlumatlar bu iddianın əsassız olmadığı qənaətini yaradır.
"Azəri Med" QSC-nin 2009-2013-cü illərdə qanuni təmsilçisi olmuş Qafarov Hüsaməddin Şəmsəddin oğlu Kəmaləddin Qafarovun yaxın qohumudur.
Bundan başqa, reyster məlumatlarında şirkətin hüquqi ünvanı kimi qeyd edilən Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də deputatın ailə üzvlərinin qeydiyyatda olduğu bildirilir. \\Valyuta.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 03 Aprel 2025 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















