Deputatdan Elçin Əlibəyliyə: Paxıllıqdan, reytinq xətrinə...
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Baku TV-də jurnalist Elçin Əlibəyli reytinq xatirinə nala-mıxa vurur. Qardaşım oğlu başqa ölkə vətəndaşı, qohum olduğu ailə başqa ölkə vətəndaşı. Qərar verib, 50 nəfərlik toy ediblər.
Axar.az xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.
“Mən parlamentdə toylarda israfçılıq və yüksək səs əleyhinə çıxış etmişəm və bu gün də mövqeyimdə qalıram. Qardaşım oğlunun toyunda nə israfçılıq olub, nə də yüksək səs.
Digər tərəfdən, qardaşım oğluna görə məsuliyyət daşımıram. Görəsən Elçin Əlibəyli öz qardaş-bacılarına görə, əmisi oğlu, dayısı oğlu, xalaoğlu, bibioğlu və sairə və sairə üçün məsuliyyət daşıyır? Axı o da efirdən hamıya dərs keçməyə cəhd edir...
Bizim qanunlarımızda qohumlara görə ictimai xadimə, vəzifəli şəxsə, ziyalıya məsuliyyət varmı?
Başqa sözlə, gənclərin toyu olub, xoşbəxt olmaq istəyirlər. 25-30 il toy arzusu ilə yaşayıblar və hər kəs kimi həddi-büluğa çatıb evləniblər. Toy edənlərə "Xoşbəxt olun", "Allah mübarək eləsin", "Oğullu-qızlı olun" deyərlər. Siz nə deyirsiniz? Biriniz ucuz reytinq xatirinə, biriniz baxış sayına, biriniz paxıllıqdan, biriniz qərəzdən, biriniz özünüzün həyatın bütün mərhələlərində uğursuz olduğunuzdan nifrət və qərəz püskürürsünüz.
Onlar xoşbəxt olmaq üçün toy ediblər. Toyu da gözlərindən tökdünüz. Heç vicdan əzabı çəkirsiniz? Heç olmasa Allahdan qorxun ki, o da sizlərə xoş gününüzdə əzab yaşatmasın”, - deputat bildirib.
Qeyd edək ki, deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev oğluna Dubayın məşhur “Ritz-Carlton” otelində təmtəraqlı toy mərasimi keçirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 09 Yanvar 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















