Razi Nurullayevdən Elçin Əlibəyliyə etiraz: “Qohumlara görə ictimai xadimə, vəzifəli şəxsə məsuliyyət varmı?”
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Baku TV-də jurnalist Elçin Əlibəyli reytinq xatirinə nala-mıxa vurur. Qardaşım oğlu başqa ölkə vətəndaşı, qohum olduğu ailə başqa ölkə vətəndaşı. Qərar verib 50 nəfərlik toy ediblər. Mən parlamentdə toylarda israfçılıq və yüksək səs əleyhinə çıxış etmişəm və bu gün də mövqeyimdə qalıram. Qardaşım oğlunun toyunda nə israfçılıq olub, nə də yüksək səs. Digər tərəfdən, qardaşım oğluna görə məsuliyyət daşımıram”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib.
“Görəsən Elçin Əlibəyli öz qardaş-bacıları, əmioğlu, dayıoğlu, xalaoğlu, bibioğlu və s. üçün məsuliyyət daşıyır? Axı o da efirdən hamıya dərs keçməyə cəhd edir...
Bizim qanunlarımızda qohumlara görə ictimai xadimə, vəzifəli şəxsə, ziyalıya məsuliyyət varmı? Başqa sözlə, gənclərin toyu olub, xoşbəxt olmaq istəyirlər. 25-30 il toy arzusu ilə yaşayıblar və hər kəs kimi həddi-buluğa çatıb evləniblər. Toy edənlərə "Xoşbəxt olun", "Allah mübarək eləsin", "Oğullu-qızlı olun" deyərlər. Siz nə deyirsiniz?
Biriniz ucuz reytinq xatirinə, biriniz baxış sayına, biriniz paxıllıqdan, biriniz qərəzdən, biriniz özünüzün həyatın bütün mərhələlərində uğursuz olduğunuzdan nifrət və qərəz püskürürsünüz. Onlar xöşbəxt olmaq üçün toy ediblər. Toyu da gözlərindən tökdünüz. Heç vicdan əzabı çəkirsiniz?
Heç olmasa, Allahdan qorxun ki, o da sizlərə xoş gününüzdə əzab yaşatmasın”.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 09 Yanvar 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















