Icma.az
close
up
RU
Deputatdan etiraz: Əməkhaqqı artmadan vergi artırılır

Deputatdan etiraz: Əməkhaqqı artmadan vergi artırılır

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bizə təqdim olunan 2026-cı ilin büdcə–vergi paketi "islahat" kimi təqdim edilir, amma tərəfimizdən edilən dərin təhlil göstərir ki, bu, islahat kiçik sahibkarın çiyninə əlavə yük yükləyəcək. Xüsusilə fərdi sahibkarlar üçün təklif edilən yeni sosial sığorta mexanizmi iqtisadiyyatın ən həssas təbəqəsini – kiçik dövriyyəli biznesi zərbə altına salır.

Bir çox təqdimatları müxtəlif formatlarda dinləmişəm, aydın görünür ki, yeni model kiçik dövriyyəli sahibkar üçün maliyyə yükünü artıracaq, qeyri-formal sektora keçid riskini yüksəldəcək, hətta fəaliyyətin dayanması ehtimalını artırır. Bu düzəlişlər vətəndaşın gündəlik dolanışığını təhlükəyə ata bilər”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, muzdlu işçilərə gəlincə, burada da eyni yanlış yanaşmanın davam etdiyini görürük. Əməkhaqqı artmadan vergi yükü artırılır və bu da “cəmi 3 faiz artım” kimi təqdim edilir.

Halbuki mövcud 30 faizlik yüklənmə 37 faizə qalxır və bu, rəsmi şəkildə insanların gəlirindən daha çox vergi tutulması deməkdir. Bu addım əmək müqavilələrinin ləğvini və kölgə iqtisadiyyatına axını daha da sürətləndirəcək. Əslində əməkhaqqı artmadan vergi artımı sosial siyasət deyil, sosial təzyiqdir:

“Aksizlər üzrə dəyişikliklər də iqtisadi məntiqə söykənmir. İçməli spirtdə və alkoqollu içkilərdə 0.2 manatlıq, energetik içkilərdə 0.2 manatlıq, siqaretdə 9.5 manatlıq artım, mobil cihazlara görə 20 manatlıq aksiz, 7 ildən köhnə avtomobillərin idxalında əmsalın benzin üçün 1.2-dən 1.5-ə, dizel üçün 1.5-dən 2-yə qaldırılması – bütün bunlar birbaşa bazarda qiymət artımı deməkdir. İnflyasiyanın yüksək olduğu bir dövrdə belə addımların atılması sadəcə səhv deyil, vətəndaşın cibinə ciddi təsir edəcək addımdır.

İctimai iaşə sektoruna gəlincə, POS-terminal dövriyyəsinin 50 faizinin ƏDV-dən azad edilməsi və sadələşdirilmiş verginin 8 faizdən 6 faizə endirilməsi üç il müddətinə nəzərdə tutulub. Sual yaranır: üç ildən sonra nə olacaq? Bu sektorun üç il nəfəs almasına imkan yaradıb, sonra yenidən boğmaq planı hansı məntiqə əsaslanır? İctimai iaşə pandemiyadan, inflyasiyadan, xammal bahalaşmasından zərbə alıb, indi də vergi rejiminin qeyri-sabitliyi ilə üz-üzə qoyulur.

Belə şəraitdə məhz uzunmüddətli sərmayə qoymaq istəyənlərin sayı ciddi şəkildə azalacaq. Naxçıvan üzrə 2026–2036-cı illər üçün tətbiq edilən geniş vergi və sosial güzəştlər paketi isə ümumiyyətlə iqtisadi ədalət baxımından suallar yaradır. Mənfəət, əmlak, torpaq, dividend, idxal vergilərindən tam azadolma, sosial sığorta yükünün dövlət tərəfindən kompensasiyası və digər üstünlüklər yalnız Naxçıvana şamil edilir.

Bəs digər regionlar? Elə regionlarımız, rayonlarımız var ki, Naxçıvan qədər çətin vəziyyətdədir. Bu yanaşma regional balansı pozur və vergi siyasətini selektiv alətə çevirir. Güzəşt iqtisadi inkişaf üçündürsə, o zaman bütün geri qalmış regionlara tətbiq olunmalıdır – təkcə bir regiona yox”..

R.Nurullayev layihədə bəzi müsbət toxunuşların olduğunu da deyib:

“Kirayə gəlirləri üzrə verginin 14 faizdən 10 faizə endirilməsi gözəldir, amma icarə bazarının 70 faizi kölgədə olduğu halda təkcə dərəcənin endirilməsi heç nəyi həll etmir. Nağdsız dövriyyə limitinin 200 mindən 400 min manata qaldırılması da müəyyən fayda verəcək, amma ümumi iqtisadi sistem dəyişmirsə, bu, sadəcə kosmetik düzəlişdir. Hörmətli həmkarlar, bu paket mahiyyətcə aşağı gəlirli sahibkarı, kiçik biznesi və muzdlu işçini daha ağır vergi yükünə salan bir sənəddir.

Vergi siyasətinin məqsədi dövlət büdcəsinin boşluqlarını vətəndaşın qazancından doldurmaq yox, iqtisadi fəallığı gücləndirmək olmalıdır. Təqdim olunan sənəd isə iqtisadi fəallığı gücləndirmir, əksinə, fəallığa təzyiq göstərir. Biz bu formada qəbul olunan layihənin ölkə üzrə minlərlə kiçik biznesi bağlayacağını, regionlarda tənəzzülü dərinləşdirəcəyini və vergi daxilolmalarını azaldacağını güman edirik.

Buna görə də sənəd yenidən işlənməli, kiçik sahibkarın, muzdlu işçinin və regionların maraqları nəzərə alınmalıdır. Əks halda, bu paket vergi islahatı deyil, vergi yükünün artırılması olacaq. Bu baxımdan, təmsil etdiyim Milli Cəbhə Partiyası bu dəyişikliklərə müsbət yanaşmır”.

Deputat sonda deyib:

"Sual oluna bilər ki, o tənqid etdiyi büdcə layihəsinə niyə müsbət səs verdir? Çünki, büdcənin əleyhinə getmək, zənnimcə, doğru olmazdı. Amma bu layihədə dediyim məsələlərin dərindən təhlil olunmasını istədiyim üçün diqqəti bu məqama yönəldirəm”.

Vilayət Muxtar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri