Icma.az
close
up
RU
Deputatdan “Həmkarlar” haqda SƏRT AÇIQLAMA: “Fatı qalx, Fatı otur”

Deputatdan “Həmkarlar” haqda SƏRT AÇIQLAMA: “Fatı qalx, Fatı otur”

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin işəgötürənlə Həmkarlar İttifaqları təşkilatları arasındakı münasibətlərdən danışıb.

Hurriyyet.az xəbər verir ki, o, təəssüflə bildirib ki, bu günləri Həmkarlar İttifaqları təşkilatları əhali arasında işçilərin hüquqlarını müdafiə edən təşkilatlardan daha çox Həmkarlar İttifaqları təşkilatlarının üzvü olan şəxslərə maddi yardım ehtiyac olduqları halda və müalicə müəssisələrinə göndərişlər verməklə assosiasiya olunur.

"Çox təəssüf ki, tez-tez rastlaşırıq ki, işçilərin hüquqları pozulur və həmkarlar ittifaqları onların hüquqlarının müdafiəsi istiqamətində zəruri addımları ata bilmirlər. Bir çox hallarda idarə və müəssisə təşkilatlarda həmkarların sədrləri həmin orqanların rəhbərləri tərəfindən müəyyən olunur və çox təəssüf ki, onların tapşırığı əsasında "fatı qalx, fatı otur" prinsipi ilə fəaliyyət göstərirlər. Hətta iş o yerə çatıb ki, işçilər, hətta xarici şirkətlər tərəfindən belə gecə saat 12-yə qədər bir çox hallarda işlədilir və onlara əmək haqqı verilmir. Yəni onların hüquqları ciddi şəkildə pozulur. Bir çox hallarda işçilər çox asanlıqla işdən çıxarılırlar. Reallıqla barışmış işçilər isə nə həmkarlara, nə də məhkəmələrə müraciət etmirlər. Bir çox hallarda, çünki işə bərpa ilə əlaqədar məhkəmə qərarları belə icra olunmur. Ona görə də həmkarlar ittifaqlarının işçilərin hüquqlarının qorunmasında fəal iştirakını təmin etmək üçün onlara ciddi siyasi dəstək verilməli olduğunu düşünürəm.

Son vaxtlar mənim şəxsən ünvanladığım bütün müraciətlərə qanunla nəzərdə tutulmuş müddətdə və əhatəli yazılı formada cavablar verilir. Və şikayətdə göstərilən xüsusatlar əgər əsaslıdırsa, onların hüquqları bərpa olunur. Hesab edirəm ki, həmkarlar ittifaqlarının fəaliyyətini gücləndirmədən bu sahədə biz nöqsanları aradan qaldıra bilməyəcəyik", - deyə millət vəklili vurğuladı.

Q.Həsənquliyev qeyd etdi ki, müəssisələrdə və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində siyasi partiyaların və dini qurumların fəaliyyətinə yol verilmir:

"Qanunun bu tələbinə də real həyatda əməl olunmur. Biz bilirik ki, burada müəssisələr deyəndə həm də elmi-təhsil müəssisələri nəzərdə tutulur. Amma elmi-təhsil müəssisələrində siyasi partiyaların yerli strukturları var. Vaxtilə "Siyasi partiyalar haqqında" qanun qəbul olunanda da, "Dövlət qulluğu haqqında" qanun qəbul olunanda da söyləyirdim ki, dövlət qulluqçuları heç bir siyasi partiyanın üzvü olmamalıdırlar. Çox təəssüf ki, o zaman bu təklif qəbul olunmadı. Dövlət qulluğu haqqında qanunda qeyd olunur ki, dövlət qulluqçusu öz vəzifələrini yerinə yetirərkən heç bir siyasi fəaliyyətlə məşğul olmamalıdırlar.

Amma iş vaxtından sonra onların da iş yerlərində hansısa siyasi tədbirlər keçirilməsinə hər hansı bir məhdudiyyət qoyulmur. Ona görə, yəni bu prinsip ki, burada biz qeyd etmişik ki, siyasi partiyaların fəaliyyətinə icazə verilmir, eynilə də o dövlət idarə, müəssisə, təşkilatlarında, yəni dövlət orqanlarında, dövlət qulluqçularının çalışdığı yerlərə də şamil olunmalıdır".

Yenisabah.az

Share

Tweet

Email

Share

Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Dekabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri