Icma.az
close
up
RU
Həmkarlar ittifaqları fatı qalx, fatı otur prinsipi ilə fəaliyyət göstərirlər Qüdrət Həsənquliyev

Həmkarlar ittifaqları fatı qalx, fatı otur prinsipi ilə fəaliyyət göstərirlər Qüdrət Həsənquliyev

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında işəgötürənlə Həmkarlar İttifaqları təşkilatları arasındakı münasibətlərdən danışıb.

Redaktor.az-ın məlumatına görə, o təəssüflə bildirib ki, bu günləri Həmkarlar İttifaqları təşkilatları əhali arasında işçilərin hüquqlarını müdafiə edən təşkilatlardan daha çox Həmkarlar İttifaqları təşkilatlarının üzvü olan şəxslərə maddi yardım ehtiyac olduqları halda və müalicə müəssisələrinə göndərişlər verməklə assosiasiya olunur.

"Çox təəssüf ki, tez-tez rastlaşırıq ki, işçilərin hüquqları pozulur və həmkarlar ittifaqları onların hüquqlarının müdafiəsi istiqamətində zəruri addımları ata bilmirlər. Bir çox hallarda idarə və müəssisə təşkilatlarda həmkarların sədrləri həmin orqanların rəhbərləri tərəfindən müəyyən olunur və çox təəssüf ki, onların tapşırığı əsasında "fatı qalx, fatı otur" prinsipi ilə fəaliyyət göstərirlər. Hətta iş o yerə çatıb ki, işçilər, hətta xarici şirkətlər tərəfindən belə gecə saat 12-yə qədər bir çox hallarda işlədilir və onlara əmək haqqı verilmir. Yəni onların hüquqları ciddi şəkildə pozulur. Bir çox hallarda işçilər çox asanlıqla işdən çıxarılırlar. Reallıqla barışmış işçilər isə nə həmkarlara, nə də məhkəmələrə müraciət etmirlər. Bir çox hallarda, çünki işə bərpa ilə əlaqədar məhkəmə qərarları belə icra olunmur. Ona görə də həmkarlar ittifaqlarının işçilərin hüquqlarının qorunmasında fəal iştirakını təmin etmək üçün onlara ciddi siyasi dəstək verilməli olduğunu düşünürəm.

Son vaxtlar mənim şəxsən ünvanladığım bütün müraciətlərə qanunla nəzərdə tutulmuş müddətdə və əhatəli yazılı formada cavablar verilir. Və şikayətdə göstərilən xüsusatlar əgər əsaslıdırsa, onların hüquqları bərpa olunur. Hesab edirəm ki, həmkarlar ittifaqlarının fəaliyyətini gücləndirmədən bu sahədə biz nöqsanları aradan qaldıra bilməyəcəyik", - deyə millət vəklili vurğuladı.

Q.Həsənquliyev qeyd etdi ki, müəssisələrdə və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində siyasi partiyaların və dini qurumların fəaliyyətinə yol verilmir:

"Qanunun bu tələbinə də real həyatda əməl olunmur. Biz bilirik ki, burada müəssisələr deyəndə həm də elmi-təhsil müəssisələri nəzərdə tutulur. Amma elmi-təhsil müəssisələrində siyasi partiyaların yerli strukturları var. Vaxtilə "Siyasi partiyalar haqqında" qanun qəbul olunanda da, "Dövlət qulluğu haqqında" qanun qəbul olunanda da söyləyirdim ki, dövlət qulluqçuları heç bir siyasi partiyanın üzvü olmamalıdırlar. Çox təəssüf ki, o zaman bu təklif qəbul olunmadı. Dövlət qulluğu haqqında qanunda qeyd olunur ki, dövlət qulluqçusu öz vəzifələrini yerinə yetirərkən heç bir siyasi fəaliyyətlə məşğul olmamalıdırlar.

Amma iş vaxtından sonra onların da iş yerlərində hansısa siyasi tədbirlər keçirilməsinə hər hansı bir məhdudiyyət qoyulmur. Ona görə, yəni bu prinsip ki, burada biz qeyd etmişik ki, siyasi partiyaların fəaliyyətinə icazə verilmir, eynilə də o dövlət idarə, müəssisə, təşkilatlarında, yəni dövlət orqanlarında, dövlət qulluqçularının çalışdığı yerlərə də şamil olunmalıdır".

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri