Deputatdan nazirliyə TƏNQİD: Günahı 20 il əvvəlki nazirin üstünə atırlar
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
“Xəzər bizə bütövlükdə dəniz kimi lazımdır. Gözümüzün qarşısında Aral dənizi kimi faktlar var. Xəzər dənizi sürətlə geri çəkilir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.
F.Mustafa əlavə edib ki, bu məsələni Xəzəryani dövlətlərlə müzakirə edib həlli variantı tapmalıdır:
“Bu, balıqçılıq təsərrüfatına da ciddi problemlər yaradır. Xəzərin sürətlə geri çəkilməsi ekoloji fəlakətdir. Bu məsələnin qarşısını almaq üçün təcili addımlar atmalıyıq”.
Deputat təhsil problemlərinə də toxunub:
“Ötən günlərdə liseylərə qəbulla bağlı Elm və Təhsil Nazirliyi bir qərar elan etdi. Bu qərar valideyinlərin ciddi narazılığına səbəb oldu. Təhsil ilinin sonunda bu cür qərarların açıqlaması nə dərəcə düzgündür?
Bu gün təhsildə olan problemləri 20 il əvvəlki rəhbərliyin üzərinə atırlar. Belə çıxır ki, 20 il sonra da bugünkü təhsilə rəhbərlik edənlər günahkar elan ediləcək. Düşünürəm ki, bu sahədə təcili addımlar atılmalıdır ki, irəliləyişə nail ola bilək”.
Vilayət Muxtar
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 30 May 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















