Deputatdan sərt REAKSİYA: Təhqir yazanı öz ailəsi də izləyir
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bu qanunda nəzərdə tutulan müddəaların daha da gücləndirilməsinə, eyni zamanda İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində müvafiq maddələrin də sərtləşdirilməsinə ehtiyac var. Xüsusilə insanların psixologiyasına, şəxsiyyətinə və ləyaqətinə toxunan ifadələrin qarşısını almaq üçün hüquqi mexanizmlər daha da gücləndirilməlidir.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat qeyd edib ki, bu xaricdə oturaraq Azərbaycan dövlətinə, ordusuna, suverenliyinə, Konstitusiya quruluşuna qarşı fəaliyyət göstərən şəxslərlə bağlı məsələdir: “Bu şəxslər müəyyən məqsədlərlə xarici ölkələrə sığınıb, məsuliyyətsiz və cəzasız şəkildə cəmiyyətimizə qarşı mənəvi terror həyata keçirirlər. Dünya praktikasında belə hallara qarşı sərt hüquqi mexanizmlər var”.
O qeyd edib ki, Cinayət Məcəlləsində bu cür hallara qarşı ən ağır cəzalar nəzərdə tutulmalıdır: “Hesab edirəm ki, aidiyyəti prokurorluq orqanları bu şəxslərlə bağlı hüquqi tədbirlər həyata keçirməli, həmin şəxslər mümkün olduqda ölkəyə gətirilib qanun qarşısında cavab verməlidirlər.
Bu cür təhqir və böhtan kampaniyalarına qarşı ictimai birliyimiz və həmrəyliyimiz gücləndirilməlidir. Əgər biz birlikdə reaksiya versək, bu halların qarşısı alınar. İnsanlar bəzən qorxur ki, danışsam, məni də təhqir edəcəklər. Amma cəmiyyət hər şeyi görür, qiymətləndirir. Unutmayaq ki, o təhqiramiz ifadələri yazan şəxsləri onların ailə üzvləri – övladları, bacıları, valideynləri də izləyir. Bu, nəinki hədəfə alınan insanlara, həm də özlərinə qarşı mənəvi təhqirdir”.
“Bu gün əlinə qələm alan kimi Milli Məclisin deputatından yazıb məşhurlaşmaq əhval-ruhiyyəsinə düşənlərlə bağlı tədbir görülməldir ki, onlar yolundan azmasınlar, düzgün tərbiyə olunsunlar”, – S. Novruzov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 26 Dekabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















