Icma.az
close
up
RU
Deputatdan şok təklif: Kredit borcu olanlara...

Deputatdan şok təklif: Kredit borcu olanlara...

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin iclasında çıxış edən deputat Vüqar Bayramov Mülki Prosessual Məcəlləyə dəyişikliklərdən bəhs edib.

Musavat.com bildirir ki, deputat müvafiq maddədə borclu anlayışının dəqiqləşdirildiyini deyib: “Bununla yanaşı, bu anlayışın daha da dəqiqləşdirilməsi, o cümlədən fiziki və hüquqi şəxslər üzrə meyarların müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Belə ki, bir sıra ölkələrin qanunvericiliyində olduğu kimi fiziki şəxslər üzrə ölkədən çıxış hüququnun məhdudlaşdırılması zamanı kredit borcu üzrə limitlər tətbiq edilə və sözügedən məcəllədə öz əksini tapa bilər.

Çünki kredit portfeli üzrə artım eyni zamanda istehlak kreditlərində də özünü göstərir. 2024-cü ilin yekunlarında istehlak kreditlərinin həcmi 2023-cü illə müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manatadək yüksəlib. Hazırda 3 milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var. Rəsmi statistika göstərir ki, banklardan borclanan vətəndaşlarımızın sayı artır”.

V. Bayramov deyib ki, bütün bunlarla yanaşı, vaxtı keçmiş kreditlərin həcmi 2024-cü ilin sonuna nisbətən bu ilin ilk rübündə 449,1 milyon manatdan 481,6 milyon manatadək yüksəlib: “Bu, o deməkdir ki, son aylar problemli kreditlərin həcmi yüksəlməkdədir və bu, daha çox borclu deməkdir. Oxşar vəziyyət qeyri-işlək kreditlər üzrə müşahidə olunur. Belə ki, 2024-cü il ərzində qeyri-işlək portfelin həcmi mütləq ifadədə 6,7 faiz və ya 41 milyon manat artaraq 655 milyon manat təşkil etmişdir. 

Bu məbləğin 246 milyon manatı istehlak kreditləridir, yəni fiziki şəxslərin payına düşür. 375 milyon manatlıq biznes kreditləri isə qeyri-işləkdir. Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə adambaşına 13,8 min manata bank borcu var. Əgər 5 il öncə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 11,5 faiz idisə, bu göstərici ötən ilin sonunda 18 faizədək yüksəlib. Göründüyü kimi, həm problemli kreditlərin, həm də qeyri-işlək kreditlərin həcmlərində artımlar var. Bu baxımdan, nisbətən az kredit borcu olan vətəndaşlarımız üçün bu qadağaların müəyyənləşdirilməsi tövsiyə olunandır. 

Məsələn, cəmi 200 manatadək kredit borcu olan vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılması problemli kreditlərin həcminin azalmasına səbəb olacağı inandırıcı deyil. Əksinə, bu sahədə təşviq kiçik borcların daha qısa zamanda qaytarılmasına səbəb ola bilər. O baxımdan, 231-ci maddədə fiziki şəxs olan borclular üzrə minimumların müəyyənləşdirilməsini təklif edərdim. 

Hazırda 27 milyard 877 milyon manatlıq kredit portfeli olduğunu nəzərə alsaq, qanun layihəsində hüquqi şəxslərin dairəsinin genişləndirilməsi məqsədəuyğun olardı. Yəni hüquqi şəxsin icra orqanının rəhbəri ilə yanaşı, təşkilati formasına uyğun olaraq təsnifləşdirmənin aparılması və qərarların qəbulunda iştirakı olanların tam əhatə olunması məqsədəuyğun olardı. Məsələn, səhmdar cəmiyyətlərində yalnız hüquqi şəxsin icra orqanının rəhbəri deyil, idarə heyətinin üzvləri ayrıca qeyd oluna bilər. Çünki qərarlar idarə heyəti tərəfindən verilir”.

Deputat dedi ki, bütövlükdə, problemli kreditlərin həcminin artdığını nəzərə alaraq, müzakirə etdiyimiz dəyişiklikdə fiziki şəxslər üzrə təşviq, hüquqi şəxslər üzrə isə inzibati meyarların dairəsinin genişləndirilməsini təklif edir: 

“‘İcra haqqında’ Qanunun 4-cü maddəsində isə ‘elektron pul təşkilatları’ sözləri ilə yanaşı, ‘və digər ödəniş təşkilatları’ sözlərinin əlavə olunmasını təklif edərdim. Mərkəzi Bank tərəfindən 18 təşkilata elektron pul emissiyası üçün lisenziyalar verilib. ‘Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında’ Qanunun 48.1-ci maddəsinə əsasən, ödəniş təşkilatlarının dairəsi daha da genişləndirilə bilər. Oxşar olaraq, həmin qanunun 5, 23, 45, 46 və 83-cü maddələrində də bunun öz əksini tapmasını təklif edərdim”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 May 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see342

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see304

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see294

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see281

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see280

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see264

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see252

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see251

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see247

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see240

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see237

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see236

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see236

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see228

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see224

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see223

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see193

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see190

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri