Deputatdan təklif: “İllərlə imtahan verib, sonra iş tapa bilməmək...”
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev dövlət qulluğu imtahanından keçən şəxslərlə bağlı təkliflə çıxış edib.
“Cebheinfo.az” xəbər verir ki, deputatı təklifi təkrar səsləndirməyə ata-oğulla olan görüşü vadar edib.
Deputat bu barədə sosial şəbəkə hesabında yazıb:
“Qəhvə içdiyim zaman bir ata və oğlu mənə yaxınlaşdı. Ata oğlunun işlə bağlı vəziyyətindən danışaraq kömək istədi.
Yüksəl Mirzəbəyli Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti iqtisadiyyatı və menecmenti fakültəsini bitirib. Dedim ki, dövlət qulluğunda işləmək üçün ilk növbədə dövlət qulluğu imtahanından keçmək lazımdır.
Ata ilə oğulun cavabı isə dövlət qulluğu imtahanı verib işsiz qalanların cavabları ilə eyni oldu:
“Ay müəllim, bunun nə mənası var? Onsuz da müsahibə mərhələsində kəsəcəklər. Beş il çalışacağam, hər dəfə kəsəcəklər, beş ildən sonra da yenidən imtahan verməli olacağam. Ondansa, nə iş olur-olsun, işləməyə hazıram”.
Əslində, onların narahatlığı tam doörudur. Çünki dövlət qulluğu imtahanından keçən gənc müəyyən mənada özünü sübut edir. Amma bundan sonra şifahi müsahibədə subyektiv yanaşmadan asılı vəziyyətə düşür”.
Deputat xatırladıb ki, bu məsələni parlamentdə də qaldırıb: “Məsələni yenidən danışacağam. Təklifim çox sadədir: dövlət qulluğu imtahanından keçən şəxs ən azı növbəti 4-5 ay ərzində uyğun dövlət qulluğu vəzifəsi ilə təmin olunmalıdır.
Çünki şifahi müsahibə mərhələsi subyektivliyin ən çox ortaya çıxa biləcəyi mərhələdir. Əgər insan imtahandan keçibsə, onun qarşısına hər dəfə yeni və qeyri-müəyyən bir maneə qoymaq düzgün deyil.
Bu məsələni təxirə salmaq olmaz. Gənclər illərlə imtahan verib, sonra iş tapa bilməmək ümidsizliyinə sürüklənməməlidirlər”.Deputatın fikrincə, imtahandan keçən şəxs dövlət qulluğunda işləmək imkanını real şəkildə əldə etməlidir:
“Dövlət qulluğu imtahanı sadəcə sertifikat almaq üçün deyil, dövlətə xidmətə başlamaq üçün yol olmalıdır”.
“Cebheinfo.az”
Açar sözlər: iş tapa bilməmək Razi Nurullayev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 04 Sentyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















