Deputatdan təklif: Məcburi köçkünlərə öz evlərini tikmək imkanı yaradılsın
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Keçmiş məcburi köçkünlərə yaxınlarını Qarabağda dəfn etməyə şərait yaratmağı təklif edirəm".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü plenar iclasında deyib.
O bildirib ki, məcburi köçkünləri Qarabağa mənən bağlamaq lazımdır:
"Ora köç illər alacaq. Təklif edirəm ki, bərpa olunan və bərpa ediləcək yerlərdə ilkin olaraq məzar yerləri hazırlansın".
Deputat təklif edib ki, minalardan təmizlənmiş ərazilərdə sürətli şəkildə layihələndirmə işləri aparılsın və vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilsin:
"İnanıram ki, keçmiş qaçqın və köçkünlərin xeyli hissəsinin öz evini tikmək imkanı var. Təklif edirəm ki, dövlət infrastruktur yaratsın və ev tikintisini isə qəbul edilən qanuni çərçivədə vətəndaşların özlərinin tikməsinə icazə versin. Bu, dövlətə daha ucuz başa gələr. Şirkətlər tərəfindən tikilən ev qiymətlərinin yarısının qiymətinə vətəndaş özü tikə bilər. Dövlət onlara tikinti mərhələləri üzrə pul ayırsın. Biz bu üsulla, inanıram ki, 50 faiz dövlət vəsaitinə qənaət etmiş olarıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 30 May 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















