Icma.az
close
up
RU
Deputatdan təklif: Ailə Məhkəmələri yaradılsın

Deputatdan təklif: Ailə Məhkəmələri yaradılsın

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Bu gün mənim qaldırmaq istədiyim problem ölkəmizdə ildən-ilə çox sürətlə artan və Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin hesabatlarında əks etdirilmiş boşanan ailələrin nikaha gedən ailələrin təxminən 50%-ini təşkil etməsidir. Xüsusilə son üç ilin mənzərəsi çox düşündürücüdür”.

Ölkə.az xəbər verir ki, bunu deputat Məlahət İbrahımqızı Milli Məclisdə 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, dövlət başçısı çıxışlarında davamlı olaraq ailə instutunu xalqımızın minillər boyu yaratmış olduğu zəngin milli dəyərlərin tərkibi adlandıraraq,  güclü millətin formalaşdırılmasında,  gənc nəslin bu dəyərlər əsasında yetişdirilməsində güclü ailə instutunun müstəsna əhəmiyyətini və onun qorunmadının zəruri olduğunu qeyd edir. 

“Bu mənada ölkəmizdə ildən ilə sürətlə artan boşanmalar gələcəkdə dövlətimizin milli təhlükəsizlik konsepsiyasının tərkibi olan demoqrafiq təhlükəsizliklə, uşaq pulu, aliment və ailədə olan uşaqların psixoloji sağlamlığı və tərbiyəsi ilə bağlı da bir sıra problemlər yaradır. Bu isə son nəticədə ciddi maliyyə tutumlu yeni sosial proqram və ya strategiyaların hazırlanmasını zəruri edir. Bildiyimiz kimi demokratik və inkişaf etmiş ölkələrin əksəriyyətində, hətta qardaş Türkiyədə Mediasiya İnstutları ilə bərabər Ailə məhkəmələri də fəaliyyət göstərir. Ailə məhkəmələrinin strukturunda hakim, psixoloq, sosial işçi, pedaqoq, vəkil kimi ştatlar da var. Ailə Məhkəmələrin əsas vəzifələri və məqsədi  heç də boşanma ilə müraciət etmiş tərəflərin nikahına xitam vermək deyil, ailənin bərpası, ailə mübahisələrinin və ailədaxili şiddətin aradan qaldırılması, uşaqların psixoloji qorunması və o cümlədən maarifləndirici  istiqamətlərdə fəaliyyət göstərməkdir. Məlumdur ki, bugün dünyanın hətta ən demokratik və inkişaf etmiş ölkələrində, eləcə də Azərbaycanda hakim, hüquqşunas və vəkil çatışmazlığı ciddi problemdir. Bu mənada məhkəmələrdə hakimlərin ağır iş yükü səbəbindən bir çox hallarda ailə mübahisələri və ya boşanma müraciətləri ilə bağlı bir növ tələsik qərarlar verilir”, - o vurğulayıb.

Deputat onu da əlavə edib ki, parlamentin iclasında Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərlərinin iştirakını nəzərə alaraq onlara sual vermək istəyirəm:
“1. Sürətlə artan boşanmaların qarşısının alınması, eləcə də Ailə İnstitutunun qorunması məqsədilə hansısa birgə proqram və strategiyanın hazırlanması gündəmdədirmi.  
2. ⁠Boşanmaların sürətlə artma səbəbləri akademik səviyyədə araşdırılıb, öyrənilirmi.
3. Ailə İnstutunun qorunması və möhkəmləndirilməsi məqsədilə yaxın gələcəkdə ölkəmizdə də Ailə Məhkəmələrinin yaradılması ilə bağlı hansısa addımların  atılacağı gözlənilirmi”, - deputat qeyd edib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Noyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri