Icma.az
close
up
RU
Deputatdan TƏKLİF: Media savadlılığı fənn olaraq tədris olunmalıdır

Deputatdan TƏKLİF: Media savadlılığı fənn olaraq tədris olunmalıdır

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən “Media Savadlılığı” həftəsi həm cəmiyyət, həm də jurnalistlər üçün çox önəmlidir. Düşünürəm ki, bu layihə həm cəmiyyətin, həm də medianın inkişafına daha da təkan verəcək”.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Gununsesi.infoya media savadlılığı həftəsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

Deputat deyib ki, media sahəsində çalışan jurnalistlər, media qurumları cəmiyyətə ötürdükləri məlumatların doğruluğuna diqqət etməli, piar xatirinə saxta xəbərləri yaymamalıdırlar: “Jurnalist üçün vacib məqamlardan biri informasiya savadlılığıdır. İnformasiya savadlılığı jurnalistin informasiya ilə doğru işləmək bacarığını ehtiva edir. Bu gün dezinformasiyalar və saxta məlumatlar günümüzün əsas problemlərindən biridir. Rəqəmsal texnologiyaların inkişaf etdiyi bir dövrdə saxta məlumatlar da sürətlə yayılır. Peşəkar jurnalistin əsas vəzifəsindən biri də dezinformasiya ilə mübarizə aparmaqdır. Ona görə də, peşəkar media, peşəkar jurnalist cəmiyyətə ötürdüyü məlumatlara diqqət etməli və məlumatın doğruluğuna əmin olmalıdırlar.

Heç uzağa getməyək. 44 günlük Vətən Müharibəsində media xüsusi orqanlar tərəfindən ciddi şəkildə nəzarət altında saxlanılsa da, gündəm yenə də dezinformasiya xəbərləri ilə bol idi. Həssas insanlar belə saxta xəbərlərin manipulyasiyasından əziyyət çəkirdi və cəmiyyətdə xaos yaranmasına cəhdlər edilirdi. Bütün bunları nəzərə alaraq düşünürəm ki, “Media Savadlılığı” kampaniyası təqdiralayiq addımdır və cəmiyyət üçün çox yararlıdır”.

N.Həmzəyev vurğulayır ki, media savadlılığını cəmiyyətdə genişləndirmək üçün müxtəlif maarifləndirmə kampaniyaları aparılmalı və bu sahədə ictimai müzakirələr təşkil olunmalıdır.

Onun fikrincə bu istiqamətdə atılan bütün addımlar cəmiyyət üçün faydalıdır.

“ABŞ, Böyük Britaniya, Skandinaviya daxil olmaqla dünyanın bir sıra ölkələrinin təhsil proqramlarında media savadlılığına yer verilib və bu fənn olaraq tədris olunur. Təbii ki, bu da effektiv nəticələrini ortaya qoyur. Düşünürəm ki, Azərbaycanın məktəb və universitetlərində də media savadlılığı dərsləri keçirilməlidir.

İnsanlar informasiyaları analiz etməyi, düşünməyi, həmçinin məlumatların yoxlanılması bacarığını öyrənməlidir.

Bunun həyata keçirilməsi üçün xüsusi layihələr təşkil olunmalı və bu sahənin mütəxəssisləri ilə məsləhətləşmələr aparılmalıdır. Həmçinin dezinformasiyaların qarşısını almaq üçün də hüquqi mexanizmlər güclənməlidir.

Dezinformasiya ilə mübarizə şüurlu və məsuliyyətli bir cəmiyyətin formalaşmasına şərait yaradır, eyni zamanda siyasi və sosial sabitliyə kömək edir”– deyə deputat fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, bu həftədən Azərbaycanda Media Savadlılığı Həftəsinə start verilib.

Media Savadlılığı Həftəsi dekabrın 16-dan 22-dək Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Media Savadlılığı Həftəsinin keçirilməsində məqsəd cəmiyyətdə media savadlılığına dair fərqindəliyin artırılması və uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, həssas istifadəçi qrupu hesab olunan gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, həmçinin məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliğ edilməsidir.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Dekabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri