Icma.az
close
up
RU
Deputatdan yeni təklif gəldi

Deputatdan yeni təklif gəldi

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanda “Müflisləşmə və iflas haqqında” Qanun var. 

Məqsəd borclu şəxslərin iqtisadi vəziyyətini normallaşdırmaq və onları yenidən bazara qaytarmaqdır. Hazırkı qanun bunu edə bilirmi? 

Birmənalı yox. Digər tərəfdən zaman keçdikcə iqtisadi şərait və müflisləşmə prosedurlarına olan ehtiyac dəyişib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

O bildirib ki, bu qanunun digər ölkələrdəki “Müflisləşmə və iflas” Qanunları ilə müqayisəsini aparsaq acınacaqlı mənzərə ortaya çıxır:

“Ona görə də "Müflisləşmə və iflas haqqında" Qanunun iş planına salınmasını və təkmilləşdirilməsini təklif edirəm. Amerika Birləşmiş Ştatlarında qanun borclu şirkətlərin fəaliyyətini davam etdirməyə, həmçinin borclarını tədricən ödəməyə imkan verir. Bu model çox çevikdir və borcluların öz işlərini bərpa etməsinə şərait yaradır.

Fərdi müflisləşmə zamanı borclu şəxsin əmlakı satılaraq borclar ödənilir. Azərbaycanda müflisləşmə və iflas yalnız bir dəfəyə, ümumi prosedur kimi nəzərdə tutulub. Həm də hüquqi və fərdi müflisləşmələr arasında fərqlər açıq şəkildə nəzərə alınmayıb.

Azərbaycanda hüquqi müflisləşmə proseduru daha çevik və borclu şirkətlərin fəaliyyətini davam etdirməsinə imkan verəcək şəkildə təkmilləşdirilməlidir. Borclulara işlərini bərpa etmək və iqtisadi vəziyyətlərini düzəltmək üçün dəstək proqramların əlavə edilməsi faydalı ola bilər.

Almaniya təcrübəsi də çox təkmildir. O borclu şirkətlərin yenidən təşkilatlanmasına imkan yaradır. Onların qanunu daha çox rehabilitasiya prinsiplərinə əsaslanır. Borclu şirkətlər üçün xüsusi yenidənqurma proqramları təklif edir”.

Onun sözlərinə görə, borclu şəxslər üçün də daha əlverişli şəraitlər mövcuddur, ya onların borclarının bir hissəsi silinir və ya onlara təkrardan iş qurmağa imkan verən alternativ yollar təklif olunur:

“Azərbaycanda borcluların və şirkətlərin yenidən qurulması üçün tam mükəmməl mexanizm yoxdur. Bu sahədə əlavə təkmilləşdirmələr tələb olunur. Azərbaycan qanunvericiliyində borclu şəxslərin borcunun silinməsi və ya azaldılması üzrə daha elastik bir sistemin tətbiqi müflisləşmə prosedurunu daha effektiv edərdi. Həm fərdi şəxslər, həm də şirkətlər üçün xüsusi reabilitasiya proqramlarının tətbiq olunması, onların daha sürətli bərpa olmasına kömək edər.

Böyük Britaniya sistemi də maraqldıır. Burada da borclular üçün yenidən qurulma və təkrardan aktivləşmə imkanı mövcuddur. Onların sistemi şirkətlərin borclarını restrukturizasiya etmələrinə kömək edir və işin davam etdirilməsi imkanını yaradır.

Fərdi şəxslər üçün tətbiq olunan bu sistem, borclulara borclarını ödəmək üçün uzun müddət təklif edir, beləliklə onlar iflas etmədən borclarını ödəyə bilirlər.

Azərbaycanda bu cür elastik sistemlər tətbiq edilmir. Sabit və qapalı sistem mövcuddur, lakin şirkətlərin və fərdi şəxslərin gələcəkdə iqtisadi vəziyyətlərini normallaşdırmasına dəstək verən mexanizmlər çox zəifdir.

Şirkətlərə borclarını ödəmək və eyni zamanda fəaliyyətlərini davam etdirmək üçün daha çevik bir sistem tətbiq edilməlidir. Azərbaycanda da fərdi şəxslər üçün uzun müddət ərzində borclarını ödəməyə imkan verən sistemlər inkişaf etdirilməlidir”.

Deputat qeyd edib ki, Fransa təcrübəsi də faydalıdır:

“Fransada müflisləşmə qanunu çox güclüdür və hüquqi müflisləşmə prosesi adətən yenidən təşkilatlanma ilə əlaqələndirilir. Şirkətlər üçün sağlamlaşdırma və yenidən qurulma məsələlərinə xüsusi önəm verilir. Azərbaycanda müflisləşmə daha çox iflasla yekunlaşır və yalnız sonuncu mərhələ kimi təsəvvür edilir. Fransada isə çox daha çox yenidən təşkilatlanma və bərpa proqramları təklif edilir.

Azərbaycan qanunvericiliyində müflisləşməyə uğrayan şirkətlərin iqtisadi fəaliyyətlərini bərpa etmələri üçün müxtəlif yenidən təşkilatlanma modellərinin tətbiq edilməsi müsbət nəticə verə bilər”.

R.Nurullayev “Müflisləşmə və iflas haqqında” Qanuna ciddi dəyişikliklərin edilməsinə dair maraqlı təkliflər də irəli sürüb:

“Birincisi, reabilitasiya sistemləri: Azərbaycanda müflisləşmənin yalnız iflasla bitməməsi, şirkətlərin və fərdi şəxslərin iqtisadi vəziyyətini normallaşdırmaq üçün müxtəlif reabilitasiya proqramlarının tətbiq edilməsi həyata keçirilsin.

İkincisi, şirkətlər üçün könüllü razılaşma və borc restrukturizasiyası:

Şirkətlərə daha çevik və uzun müddətli borc ödəmə imkanları təqdim etmək müflisləşmənin nəticələrinin daha az zərərli olmasına səbəb olar.
Üçüncüsü, fərdi şəxslər üçün müflisləşmə prosedurlarının yüngülləşdirilməsi: 

Fərdi şəxslərin müflisləşmə nəticəsində bizneslərinə davam etmələrini təmin etmək üçün borclu şəxslərin müflisləşmə müddətini uzadaraq daha yumşaq qaydalar tətbiq olunsun.Bu düzəlişlər, hazırda qüvvədə olan "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanunu daha çevik və effektiv hala gətirə bilər”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Açar sözlər: Müflisləşmə iflas Razi Nurullayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri