Icma.az
close
up
RU
Deputatdan təklif: “Vətən qarşısında xidmətləri olanlar əfv edilsin”

Deputatdan təklif: “Vətən qarşısında xidmətləri olanlar əfv edilsin”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu gün müzakirə etdiyimiz məsələ təkcə hüquqi akt deyil, insan talelərinə toxunan, dövlətin böyüklüyünü və mərhəmətini nümayiş etdirən tarixi bir addımdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

O bildirib ki, cənab Prezidentin 20 min nəfəri əhatə edən amnistiya aktını Milli Məclisə təqdim etməsi Azərbaycan dövlətçiliyinin humanist ruhunun, güclü ədalət və vicdan anlayışının parlaq təzahürüdür:

Əfv və amnistiya - zəifliyin deyil, gücün göstəricisidir. Güclü dövlət bağışlamağı bacaran dövlətdir. Bu təşəbbüs cəmiyyətə açıq mesaj verir: Azərbaycan dövləti insanı itirmir, insanı yenidən qazanmağa çalışır”.

Deputat vurğulayıb ki, bu amnistiya aktı çərçivəsində Vətən qarşısında misilsiz xidmətləri olmuş insanların taleyinə xüsusi həssaslıqla yanaşılması son dərəcə vacibdir: 

“Söhbət bir zamanlar silahı əlinə alaraq bu torpağı qoruyan, sağlamlığını, gəncliyini, ailə səadətini vətənə qurban vermiş insanlardan gedir. Bu baxımdan, hörmətli həmkarlar, mən aşağıdakı təşkilatların və rəhbərlərinin vətən qarşısında xidmətlərinin nəzərə alınaraq əfv fərmanına salınması ilə bağlı müraciətin dəstəklənməsini xahiş edirəm:

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı.

Bu təşkilatlar və rəhbərləri hazırda istintaq altındadır. Bu insanlar dövlətin yükü deyil, dövlətin şərəfidir. Onlar bir vaxtlar dövlət üçün ayağa qalxdılar, bu gün isə dövlətin mərhəmətinə ümid edirlər.

Onların həyatında veriləcək bu qərar təkcə hüquqi nəticə yaratmayacaq - ailələrə ümid, övladlara gələcək, cəmiyyətə müsbət mesaj verəcək. Hər kəs səhv edir, vacib olan dəyərlərdən biri səhvi anlayıb düzgün yola qayıtmaqdır”.

R.Nurullayev bu amnistiya aktının Azərbaycan dövlətinin mərhəmət siyasətinin, sosial ədalət anlayışının və milli birliyin növbəti nümunəsi olacağına əmin olduğunu bildirib:

“Möhtərəm Prezidentin bu təşəbbüsünü tam dəstəkləyir, onun əhatə dairəsinin vətən yolunda iz qoymuş insanlarımızı, müxalifət nümayəndələrini və jurnalistləri də içinə almasını arzu edirik. Çünki Azərbaycan dövləti unutmayan, qiymət bilən və bağışlamağı bacaran dövlətdir”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see213

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see210

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see199

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see195

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see183

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see168

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see168

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see165

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see151

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see149

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri